Accessibility links

AŞPA korrupsiya faktlarına dair hesabatı qəbul edib [Qulamhüseyn Əlibəyli ilə müsahibə]


Avropa Şurası Parlament Assambleyası (AŞPA)
Avropa Şurası Parlament Assambleyası (AŞPA)

AŞPA-da Azərbaycan nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli məlumatların bir çox hallarda həqiqətə uyğun olduğunu bildirib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) korrupsiya ittihamları üzrə müstəqil istintaq qrupunun 219 səhifəlik hesabatını bu gün AŞPA-nın plenar iclasında qızğın müzakirələrdən sonra qəbul edilib.

Azərbaycan nümayəndə heyətinin üzvlərinin cəhdlərinə baxmayaraq 123 deputat sənədin “lehinə” səs verib.

İstintaq qrupu rüşvət alan 17 deputatın adını açıqlayıb

2017-ci il yanvarın 27-də Büro AŞPA-da korrupsiya hallarının araşdırılması üzrə qərar qəbul edib. 2017-ci il mayın 29-da Büro istintaq qrupunun üç üzvünü təyin edib: Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) keçmiş hakimi Nikolas Brats (Böyük Britaniya), Fransadan keçmiş hakim Jan Lui Briqeri və AİHM-in keçmiş hakimi Elizabet Fura (İsveç).

İstintaq qrupu rüşvət alan 17 deputatın adını açıqlayıb, AŞPA kuluarlarında sistemli ələ alınmalar və korrupsiya faktlarını ifşa edib. 9 ay ərzində istintaqçılar təhqiqat aparıb və hesabatda onun nəticələrini açıqlayıb.

Azərbaycandan gedən hədiyyələr...

Sənəddə konkret dövlətlərin maraqları ilə bağlı ayrı-ayrı məsələlər üzrə səsvermə zamanı bəzi deputatların ələ alındığı bildirilir. Azərbaycandan gedən hədiyyələr: bir neçə min dollarlıq kürü, pullar, seksual xidmət təklifi daha çox səy-küy doğurub.

Bakı tərəfindən deputatların ələ alındığını ilk dəfə 2012-ci ildə Almaniyadakı Avropada Stabillik Təşəbbüsü (ESI) təşkilatının fəalları bəyan edib.

2015-ci ildə İtaliyada keçmiş deputat Luka Volonte bir neçə milyon avro rüşvət aldığına görə saxlanılıb. O, AŞPA-da iri siyasi qrupa rəhbərlik edib.

“AŞPA-da Azərbaycanla bağlı məsələ müzakirə edilərkən səsverməyə daha çox deputat gəlib, assambleyaya az-az gələnlər də burada olub. Həmin adamlar Azərbaycanın xeyrinə səs veriblər”, hesabatda deyilir.

AŞPA deputatlarının dedikləri - xalça, qara kürü, mirvari, seksual xidmət təklifi...

Assambleyanın ayrı-ayrı deputatları özləri istintaq qrupuna ifadə verib.

Məsələn, ən geniş yayılan hədiyyələrdən biri dəyəri bir neçə min dollarlıq qara kürü olub. AŞPA baş katibi Voytsex Savitski etiraf edib ki, Azərbaycandan qutu ilə kürü alıb. Bildirilir ki, assambleyada hətta kürüdən ibarət səhər yeməyi təşkil edilib. Geniş yayılan hədiyyələr sırasında 5-ulduzlu otellərdə birhəftəlik istirahət, biznes-klass biletləri, konsert biletləri və s.

İsveçrəli deputat Doris Fiala danışıb ki, üzərində mirvari və almaz olan qızıl boyunbağı alıb, amma dərhal geri qaytarıb.

Bəzi şahidlər seks-xidmətlər haqda təklifləri yada salıblar. Dik Marti (İsveçrə) deyib ki, Bakıya rəsmi səfəri zamanı gecə saat birə yaxın kimsə mehmanxanada qaldığı otağın qapısını döyüb.

“O, qapı gözlüyündən baxaraq əllərində şampan tutmuş iki yarıçılpaq gənc qızı görüb. Qapını açmayıb”, hesabatda deyilir.

Assambleyanın digər xanım nümayəndəsi 2014-cü ildə Azərbaycanın paytaxtına gələrkən onun mehmanxana otağına gözəl xalça gətiriblər. Ancaq çox böyük olduğuna görə götürməyib.

Öz növbəsində maltalı deputat Debono Qrek hədiyyədən imtina etməyib, hətta onu bəyannamədə göstərməyib.

Ermənistan konyakı, Moldova və Gürcüstan şərabları, Rusiyanın rəsm əsərləri

Assambleyanın bəzi nümayəndələri Ermənistan konyakından, Moldova və Gürcüstan şərablarından, Rusiyadan gələn rəsm əsərlərindən danışıblar.

Hesabatda AŞPA-da “əskinas” korrupsiyasının hökm sürməsi barədə informasiya təsdiqlənib.

“Həmçinin AŞPA deputatları tərəfindən AŞ vəzifəli şəxslərinin seçkisi zamanı Assambleya deputatlarına “təşəkkür zərfləri” sistemi mövcud olub. Bu pullar Azərbaycandan daxil olub, onları deputatlara otel otaqlarında, milli nümayəndə heyətlərinin ofislərində veriblər”, hesabatda qeyd olunur.

Pedro Aqramunt və digərləri

İstintaq qrupu etnik standartları pozan 17 hazırki və keçmiş deputatın barəsində korrupsiyaya dair sübutları irəli sürüb: Yakko Laakso (Finlandiya), Ştef Qoris (Belçika), Karina Voldset (Norveç), Qoran Lindblad (İsveç), rumıniyalı deputat Sezar Preda, Avropa Xalq Partiyası qrupunun rəhbəri, qalmaqallı eks-prezident Pedro Aqramunt və digərlərinə əskinaslar paylanıb.

Bundan əlavə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmçinin deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və digər deputatlara qarşı ittihamlar irəli sürülüb. Onların arasında almaniyalı deputat Eduard Lindner də var. Ona qarşı bir neçə pul tranşı ilə bağlı konkret sübutlar var.

“İtaliya polisindən əldə edilən bank hesabları göstərir ki, Lindner Azərbaycanla əlaqəsi olan şirkətlərdən 799 500 avro alıb”, hesabatda deyilir.

Ancaq ən çox AŞPA-nın keçmiş prezidenti, ispaniyalı məmur Pedro Aqramuntun soyadına rast gəlinir. O, rusiyapərəst mövqeyi ilə tanınır. Rusiya nümayəndə heyətinin tərkibində Bəşər Əsədin yanına gedib, Bakıda keçirilən seçkilərdə müşahidə missiyasına rəhbərlik edib və seçkilərin pozuntusuz keçirildiyini bildirib.

Assambleyanın vitse-prezidenti ukraynalı Vladimir Aryev aşağıdakı ifadəni verib:

“2013-cü ildə SOCAR-Ukraynanın prezidenti Elçin Məmmədov onun yanına gedərək finlandiyalı namizədi yox, Aqramuntu dəstəkləməyi xahiş edib. O, əgər Aryev Arqamunta səs verərsə ona istənilən yardımı göstərməyə hazır olduqlarını bildirib. Məlumdur ki, söhbət rüşvətdən gedir”,V.Aryev bildirib.

Azərbaycan üzrə məruzəçi Alen Desteksin hesabatı etik normalara zidd olub, ümumilikdə, hakimiyyəti tənqid etməyib.

Hesabatda deyilir ki, AŞPA kluarlarında “korrupsiya sxemləri” mövcud olmaqda davam edir. Sənəddə 17 deputat ilə bağlı rüşvət faktlarına dair sübutlar yer alıb.

Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli: "Məlumatlar bir çox hallarda həqiqətə uyğundur" Audio-müsahibə]

Qulamhüseyn Əlibəyli: Məlumatlar bir çox hallarda həqiətə uyğundur
please wait

No media source currently available

0:00 0:03:33 0:00

Azərbaycan Milli Məclisnin Avropa Şurası Parlament Assambleyasında daimi nümayəndə heyətinin keçmiş üzvü Qulamhüseyn Əlibəyli Amerikanın Səsinə müsahibəsində deyib ki, hesabatda əks olunan məlumatlar bir çox hallarda həqiqətə uyğundur.

“Çünki sosialist düşərgəsi dağıldıqdan sonra Şərqi Avropa ölkələri bir çox dəyərləri Avropa Şurasına daşıdılar və Avropa Şurası öz dəyərlərindən uzaqlaşmış oldu, korrupsiyalaşmış meyllərə uyğun gələn bir təşkilata çevrildi”.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən vaxtı ilə Avropa Şurasının üzvlərinin ələ alınması cəhdləri olub.

Əlibəyli “Avropa Şurasının hesabatının Azərbaycan üçün və adları sadalanan deputatlar üçün hansı hüququ nəticələr doğura bilər? - sualının cavabında bildirib ki, Avropa Şurasının qərarları tövsiyyə xarakteri daşıyır.

“Bu baxımdan hesab etmirəm ki, Avropa Şurasında qəbul edilən hansısa bir qərarın hüququ nəticəsi olsun. Amma üzv dövlətlər formalaşmış ənənəyə görə AŞPA-da qəbul edilmiş qətnamə və qərarlara uyğun nəticə çıxarmalıdır. Təəssüf ki, Azərbaycan tərəfindən belə nəticələrin çıxarılmasına rast gəlməmişəm”.

“Hesabatda sadalanan faktlarla bağlı Azərbaycanda cinayət işi qaldırıla bilərmi? – sualının cavabında o deyib ki, Azərbaycanın Cinayət Məcəlləsində beynəlxalq təşkilatların üzvlərinin, nümayəndələrinin rüşvətlə ələ alınması üzrə maddə mövcuddur.

“Amma, təcrübədə həmin maddə ilə cinayət işi qaldırılmayıb. Prinsip olaraq bu mümkündür, amma praktiki olaraq belə cinayət işinin qaldırılmasını mümkün hesab etmirəm. Çünki böyük ehtimalla rüşvətdə Azərbaycan rəsmilərinin və digərlərinin adları keçir. Bu baxımdan Azərbaycanda cinayət işinin qaldırılması hallarını qeyri-mümkün görürəm”, Q.Əlibəyli qeyd edib.

XS
SM
MD
LG