Accessibility links

Məhkəmə Fəxrəddin Mehdiyevin şikayətinə baxmaqdan imtina edib


Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

F.Mehdiyev 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinə şikayət edib

Vəkil Fəxrəddin Mehdiyev vəkillik fəaliyyətinin bir il dayandırılması ilə bağlı Vəkillər Kollegiyasının qərarını mübahisələndirmək üçün şikayət edib.

Bu barədə F.Mehdiyev özü bildirib.

F.Mehdiyev müdafiə etdiyi şəxs, Beynəlxalq Bankın keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin KİV-ə müsahibəsinə görə cəzalandırılıb.

Vəkillər Kollegiyası hesab edib ki, bununla F.Mehdiyev peşə etikasını pozub. Ancaq vəkil qeyd edib ki, onun səlahiyyəti məhz müdafiə etdiyi şəxsin hüquqlarını qorumaqdan ibarətdir və bu məsələdə etikanın pozulması absurddur.

F.Mehdiyev 1 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinə şikayət edib.

“Amma aprelin 27-də hakim Möminat Hacıbəyova şikayəti icraata götürmədi, üstəlik götürə bilməməsini əsaslansdıra bilmədi”, - vəkil deyib.

Hakim bildirib ki, bu cür işlərə ümumi məhkəmələrdə baxılır. “Ancaq bu, belə deyil. Ali Məhkəmə plenumunun qərarları var və həmin qərarlara görə, bu tip şikayətlərə məhz İnzibati-İqtisadi məhkəmələrdə baxılmalıdır”, - vəkil qeyd edib.

Xatırladaq ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu il yanvarın 22-də F.Mehdiyevin fəaliyyətinin bir il dayandırılması barədə qərar qəbul edib.

Daha sonra Əsabəli MustafayevNemət Kərimli Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aprelin 23-də keçirilən iclasında vəkillik fəaliyyətlərinin bir illik dayandırılması barədə qərar qəbul edildiyini açıqlayıb. Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bu vəkillər baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırıldıqlarını bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG