Accessibility links

Gözəl Bayramlının təcridxanada təzyiqlərə məruz qaldığı deyilir


Gözəl Bayramlı (photo by:Abbas Atilay)
Gözəl Bayramlı (photo by:Abbas Atilay)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı 1 saylı Kürdəxanı İstintaq Təcridxanasında təzyiqlərə məruz qaldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb.

Aprelin 28-də Gözəl Bayramlı Gəncə təcridxanasından Kürdəxanıdakı 1 saylı təcridxanaya gətirilib. Orada ondan əfv xahişilə müraciət yazmasını tələb ediblər. O bundan imtina etdikdən sonra onu soyuq otaqda yerləşdiriblər və 10 saat ac-susuz saxlayıblar. Sonra Gözəl Bayramlını Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər.

Gözəl Bayramlı ruhdan düşmədiyini, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini söyləyib.

Penitensiar Xidmətin ictmaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Gözəl Bayramlıya təzyiqlərin olması barədə məlumatı təkzib edərək "əsassız" adlandırıb.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb və həbs edilib.

İstintaqın məlumatına görə, Bayramlının baqajına baxış zamanı bəyan etmədiyi 12 min dollar aşkar edilib.

Gözəl Bayramlı bildirib ki, pulu onun üzərinə qəsdən qoyublar, həbsi isə siyasi sifariş xarakteri daşıyır. O həmçinin bildirib ki, Gürcüstana müalicəyə gedib və son iki ildə üç dəfə orada əməliyyat olunub. Yanvarın 23-də məhkəmə onu üç il müddətinə azadlıqdan məhrum edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG