Accessibility links

Oqtay Əsədov: AŞPA-nın Səməd Seyidovla bağlı qərarı ədalətsizdir


Spiker qeyd edib ki, bu, Azərbaycana qarşı ilk sanksiya deyil

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin spikeri Oqtay Əsədov AŞPA-da Səməd Seyidova qarşı qəbul edilən sanksiyaya etiraz edib.

"Azərbaycanda bəzi “vətənpərvərlər” bu məsələni əldə bayraq edir, qəzetlər, saytlar bu məsələdən yazır. Təbii ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı ədalətsizdir”, deyə spiker vurğulayıb.

O qeyd edib ki, bu, Azərbaycana qarşı ilk sanksiya deyil.

“AŞPA-nın bir qərarına əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: “Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi, xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım, dedim ki, biz sanskiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclasları Azərbaycanda keçirdilər. Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir. Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək” - deyə, O.Əsədov bildirib.

Spiker vurğulayıb ki, AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsinə əngəl olurlar: “Bu da onların qərəzli olmasından xəbər verir”.

Qeyd edək ki, Mayın 16-da AŞPA deputatlar Səməd Seyidov, Sezar Florin Preda və Jordi Xukla Kostaya iki il müddətinə sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib.

Onlar səsvermə hüququna malik olan assambleya üzvləri olaraq qalacaqlar, sadəcə, bu müddətdə məruzəçi və seçki müşahidəçisi ola, AŞPA-nın komitələrinin və ya alt komitələrinin hər hansı birinin sədri və ya sədr müavini seçilə, AŞPA sədrinin vəzifəsinə namizəd ola bilməzlər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG