Accessibility links

Amerikalı professor ADR tarixindən məruzə oxuyacaq


 Maykl A. Reynolds
Maykl A. Reynolds

Prinston Universitetinin professoru Maykl A. Reynolds mayın 21-dən 25-dək Bakıda "Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması və süqutunun geosiyasəti" mövzusunda Amerika Mərkəzində və Bakı Dövlət, Azərbaycan Pedaqoji, Xəzər və Batı Xəzər universitetlərində çıxış edəcək.

ABŞ-ın Bakıdakı səfirliyin məlumatına görə, professor Reynolds həmçinin Azərbaycan Diplomatik Akademiyasında ADR-in 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları ilə görüşlər keçirəcək və "Azərbaycan demokratiyasına qlobal çərçivədə baxış" mövzusunda çıxış edəcək.

Bakı Dövlət Universiteti professorun bu universitetdə təşkil olunacaq "Azərbaycan - 100: Şərqin ilk parlamentli müsəlman respublikası" beynəlxalq konfransda baş məruzəçi qismində iştirakını xahiş edib.

Prinston Universitetində Yaxın Şərq Tədqiqatları üzrə alim Maykl A. Reynolds Avrasiya tarixi və Amerikanın xarici siyasətinə dair kurslar aparır.

O, "Parçalanmış İmperiyalar: 1908-1918-ci illərdə Osmanlı və Rusiya arasında münaqişələr və imperiyaların süqutu" (Cambridge University Press, 2011) kitabının müəllifi, Amerika Tarixi Assosiasiyasının Jorj Louis Beer Mükafatının laureatı və "Qafqaz Toplulmu: İmperiyalar, xalqlar və dinlər" (Markus Weiner, 2015) kitabının redaktorudur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG