Accessibility links

Cavad Cavadov: "Mirfeyzullah Seyidovun səhhəti ağır olaraq qalır" [Audio-müsahibə]


Mirfeyzullah Seyidov
Mirfeyzullah Seyidov

AXCP fəalı narkotik ittihamı ilə həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidovun səhhəti ağır olaraq qalır.

Vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Seyidov 1 saylı Bakı İstintaq Təcridxanasının kamerasından həmin təcridxananın tibb hissəsinə köçürülüb.

Cavad Cavadov: Mirfeyzullah Seyidovun səhhəti ağır olaraq qalır
please wait

No media source currently available

0:00 0:02:07 0:00

“Biz hesab edirik ki, bu, kifayət deyil. Çünki onun durumu elədir ki, o, həbsxanada saxlanıla bilməz. Biz ona görə də onun həbsdən azad olunmasını tələb edirik. Həftədə 3 dəfə Bakı İstintaq Təcridxanasından onu dializ proseduruna aparırlar. O da 4 saat çəkir. Ondan sonra bir o qədər də ona vaxt tələb olunur, özünə gəlsin. Ümumiyyətlə o insan yarıcandır. Paralel olaraq başqa ciddi problemləri də var. Belə bir insanın həbsdə saxlanılması onun həyatına ciddi təhlükədir”, deyə vəkil qeyd edib.

Cavad Cavadov
Cavad Cavadov

Baş prokurora müraciətlə bağlı suala gəldikdə vəkil hələ ona hüquqlarını müdafiə etdiyi şəxslə bağlı hər hansı cavab verilmədiyini deyib.

“Paralel olaraq mən Penitensiar Xidmətin rəhbərliyinə də müraciət etmişəm. Penitensiar Xidmətindən mənə cavab gəlməsə də nəticəsi o olub ki, Seyidovu təcridxananın tibb hissəsinə keçiriblər”, o bildirib.

Vəkil bu gün Mirfeyzullah Seyidovun işi ilə bağlı apellyasiya şikayətinə baxılacağını xatırladıb.

Onun sözlərinə görə, apellyasiya şikəyətində cinayət işi ilə bağlı qərarın ləğv olunması, Seyidovun həbsdən azad olunması xahiş edilir.

“Bu, təmin olunmasa, biz növbəti mərhələdə ev dustaqlığı məsələsini qaldıracağıq”, Cavadov qeyd edib.

Vəkil müdafiə etdiyi şəxsin özünü təqsirli bilmədiyini və ittihamın ona aid olmadığını deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Mayın 10-da Nərimanov Rayon Məhkəməsi Seyidov barəsində həbs qətimkan tədbiri seçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG