Accessibility links

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb


Mayın 31-də Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə artan rolu xüsusi qeyd edilib.

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə göndərdiyi məktublarda ikitərəfli münasibətlərlə bağlı ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirib və bunun əlaqələriin yüksək səviyyədə olmasını nümayiş etdirdiyini vurğulayıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd edib ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

Söhbət zamanı Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə töhfəsi, o cümlədən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib, energetika sahəsində əlaqələr, regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink bundan əvvəl bu il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində öncə fevralın 7-də də Azərbaycan prezidenti, xarici işlər naziri, müxalifət partiyasının liderləri ilə danışıqlar aparıb.

O, fevralın 7-də danışıqlarından sonra ABŞ-ın Azərbaycanla uzunmüddətli əməkdaşlığı barədə danışarkən deyib.

"ABŞ-ın uzunmüddətli mövqeyi ondan ibarətdir ki, biz insan haqlarına və fundamental dəyərlərə hörmət edilməsini, bizim Azərbaycanla olan ikitərəfli əlaqələrimizin - bu əlaqələrə təhlükəsizlik, enerji və digər sahələr daxildir- çox vacib ümumi elementi hesab edirik. Biz inanırıq ki, insan haqlarına hörmət, korrupsiya ilə mübarizə, qanunun aliliyi, Azərbaycanda biznes mühiti, ümumi iqtisadi inkişaf və sabitlik baxımından çox vacibdir. Bir daha prezident Trampın Milli Təhlükəsizlik Strategiyasında bir fikrinə istinad etmək istəyirəm ki, ABŞ-ın ən sıx əlaqələri bizim dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir. Hesab edirəm ki, sadaladığım məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Yenə də hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG