Accessibility links

Ramin Hacılı sərhəddə saxlanılıb


Ramin Hacılı

Ona qarşı cinayət işi başlanıb

Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsi iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə­dini pozan iki nəfəri saxlayıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, sərhəd naryadı Azərbaycan vətəndaşları Ramin Hacılını və Fəxrəddin Qasımovu saxlayıb.

Mətbuat Mərkəzi bildirir ki, ilkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

Saxlanılmış şəxslər barəsində Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.

Ramin Hacılı Azərbaycanın istimai-siyasi fəal olub. O, Dalğa Gənclər Hərəkatının, Azərbaycan Avropa Hərəkatının rəhbəri, Demokratik İslahatlar və Ümid partiyalarının rəhbərliyində təmsil olunub.

2017-ci il oktyabrın 12-də Bakının Nəsimi Rayon Məhkəməsi Hacılını vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə təqsirli bilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib.

Cinayət işinin başlanmasına səbəb kimi Ramin Hacılının ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etməsi göstərilib.

XS
SM
MD
LG