Accessibility links

ABŞ generalı Azərbaycanda səfərdədir


ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüş keçirib və Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzini ziyarət edib.

Müdafiə Nazirliyi və ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası arasında əməkdaşlıq 2002-ci ildən etibarən həyata keçirilir.

Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində ABŞ və NATO ilə əməliyyat uyarlılığı səviyyəsinin artırılması, peşəkar çavuş heyətinin, hərbi mühəndislərin və hərbi tibb mütəxəssislərinin hazırlığı sahələrində əməkdaşlıq və təcrübə mübadiləsi aparılır.

XS
SM
MD
LG