Accessibility links

AŞPA Azərbaycanla bağlı siyasi məhbus məruzəçisi təyin edib


Avropa Şurası (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib.

Bu barədə Avropa Şurası məlumat yayıb.

Qərarı Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsi verib.

İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottir iyunun 25-də Avropa Şurasının Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat "Azərbaycanda siyasi məhbuslar" adlı hesabat hazırlamalıdır.

2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla, AŞPA-nın 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürüb.

Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputat Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hazırladığı hesabatı rədd edib.

Onlar AŞPA-nın Müstəqil Araşdırma Qrupunun bu yaxınlarda yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirlər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildirir ki, Azərbaycanda siyasi məhbus problemi realdır.

"Buna görə də Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni bir hesabatın yazılması uyğundur", müraciətdə bildirilir.

AŞPA Bürosu həmin təşəbbüsü qəbul edib.

Avropa Şurası 2 ay əvvəl korrupsiya iddiaları ilə bağlı 10 aydan artıq davam edən istintaqın nəticələrini açıqlayıb. Həmin vaxt açıqlanan hesabatda bildirilir ki, parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.

Aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunur ki, Azərbaycan keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.

"Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var", sənəddə vurğulanır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov bu qətnamələri rədd edib,"Azərbaycana qarşı nifrət kampaniyası"nın hədəfinin Bakıyla Avropa Şurası arasında "uçurum" yaratmaq olduğunu deyib.

Sonradan onun özünə 2 illik sanksiya qoyulub. Həmin müddətdə o, AŞPA-da yüksək vəzifə tuta və məruzəçi kimi faliyyət göstərə bilməz.

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycanda 140-dək siyasi məhbusun olduğunu iddia edir. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olduğu ilə bağlı fikirləri qəbul etmir. Onların fikrincə, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG