Accessibility links

Alis Uels :Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır [Video]


Alis Uels :Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır
please wait

No media source currently available

0:00 0:04:34 0:00

Alis Uels :Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır

“Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır.”

Bunu bu gün ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

A. Uels bildirib ki, Əfqanıstandakı mülki əhali və "Taliban" tərəfindən bu kimi təşəbbüsə dəstək verilib və yaxşı qarşılanıb.

"Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlətin təmsilçiləri daxildir. Onlar Əfqanıstan sülh prosesinə və prezident Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək veririk. Biz Bakı görüşündə də sülhə və prezident Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi ifadə etdik" deyə o bildirib.

ABŞ rəsmisi Azərbaycanıniqtisadi təşəbbüslər baxımından bölgənin ürəyində yerləşdiyini xatıradıb.

"Lapis lazuri" dəhlizi Əfqanıstanın inkişafına təkan verən birtəşəbbüsdür, Azərbaycan da bu təşəbbüsdə iştirak edir. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən birini təşkil edir. Azərbaycan hökumətinə bu dəstəyi üçün təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır.” - deyə A. Uels bildirib.

ABŞ rəsmisi iyunun 28-də Bakıda keçirilən görüşün Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında atəşkəs əldə olunandan sonra keçirilən ilk görüş olduğuna diqqət çəkib:

"Döyüşçü və ya mülki şəxs olmasından asılı olmayaraq, atəşkəs təşəbbüsü sülhə və sabitliyə səy göstərilməsinin təzahürüdür. ABŞ bu təşəbbüsü dəstəkləyib. Bu yaxınlarda Pompeo bəyanatla çıxış edərək bildirib ki, ABŞ bu kimi təşəbbüslərə hər zaman dəstək verəcək. Beynəlxalq ictimaiyyətin təmsilçiləri dünən Bakıda keçirilən görüşdə də "Taliban"a sülhün bərqərar olması istiqamətində yardım əlini uzadıb. İndi "Taliban" buna münasibət bildirməlidir" deyə o bildirib.

Qeyd edək ki, A.Uels Bakıda keçirilən Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısında iştirak edib.-

XS
SM
MD
LG