Accessibility links

Azərbaycan sülhməramlıları Əfqanıstana yola düşüb


Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb

NATO-nun «Qətiyyətli Dəstək» missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin iyulun 10-da yaydığı məlumatda deyilir.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

2017-ci ilə kimi Azərbaycan bu missiyada 90 nəfərlə təmsil olunurdu. 2017-ci ildən isə Azərbaycan Ordusu missiyada 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla iştirak edir.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG