Accessibility links

Müsavat Partiyası fəalına iyirmi sutkalıq həbs cəzası verilib


Müsavat Partiyası fəalına iyirmi sutkalıq həbs cəzası verilib
Müsavat Partiyası fəalına iyirmi sutkalıq həbs cəzası verilib

Vüqar Rzalı barədə qərarı Cəlilabad rayon Məhkəməsi verib

Müsavat Partiyası Cəlilabad rayon təşkilatının fəalı Vüqar Rzalı İyulun 12-də Cəlilabad rayon Məhkəməsinin qərarı ilə inizbati qaydada 20 sutka həbsə məhkum edilib.

Bu barədə Amerikanın Səsinə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirib.

Onun sözlərinə görə, Vüqar Rzalı iyulun 11-də heç bir sabəb göstərilmədən yerli polis tərəfindən saxlanılıb.

“Müsavat Partiyası hesab edir ki, Vüqar Rzalının həbsi müsavatçı olaraq siyasi fəaliyyəti və sosial şəbəkədəki fəallığı ilə bağlıdır”, o qeyd edib.

XS
SM
MD
LG