Accessibility links

Siyasi məhbus hesab edilən şəxslərin doğum günündə kitab aksiyası keçirilib


Vətəndaş cəmiyyəti fəalları həbsdə olan siyasi məhbus sayılan şəxslərin doğum günləri münasibəti ilə kitab aksiyası keçirir. Bu dəfə yığılan kitablar ad günləri qeyd edilən hazırda həbsdə olan NİDA-çı gənclər Qiyas İbrahim və İlkin Rüstəmzadəyə göndəriləcək.

Hüquqşünas Samirə Ağayeva Amerikanın Səsinə bildirib ki, aksiya zamanı yüzdən çox bədii və elmi kitablar toplanıb.

"İnsanlar aksiyadan sonra da kitabları gətirməkdə davam edir", o qeyd edib.

Ağayeva siyasi məhbus hesab edilən digər şəxslərin də ad günlərində kitab toplanılması aksiyasının davam etdiriləcəyini bildirib.

İlkin Rüstəmzadə 6 il öncə “Əsgər ölümlərinə son” aksiyalarından sonra həbs olunub. O, xuliqanlıq ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.

Qiyas İbrahim isə 2016-cı ildə eks-prezident Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək” yazısından sonra narkotik ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG