Accessibility links

Tovuz rayonunda iki nəfər minaya düşdüyü deyilir


Mina təmizləmə
Mina təmizləmə

Tovuz rayonunda iki nəfər mülki şəxsin minaya düşdüyü bildirilir.

Bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov bildirib. Onun dediyinə görə, hadisə avqustun 7-də səhər saatlarında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Həmin kəndin sakinləri-24 yaşlı Elşad Mehdiyev və 14 yaşlı Elgün Hüseynovun minaya düşərək ağır bədən xəsarətləri aldığı bildirilir. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və Dağlıq Qarabağın ətrafındakı yeddi rayonu Ermənistanın nəzarətinə keçib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

XS
SM
MD
LG