Avqustun 10-da hüquqşünas, "Viza" Hüquq Frmasının rəhbəri Aslan İsmayılovun işi üzrə başlayan məhkəmə təhqiqatı avqustun 15-nə təxirə salınıb.
İsmayılov 16 oktyabr 2017-ci il tarixində polis tərəfindən açılmış cinayət işi çərçivəsində Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin şikayəti əsasında Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunur.
Rəşad Əliyev iddia edir ki, məhkəmənin 2 oktyabr tarixli iclasında İsmayılov xuliqanlıq hərəkətləri edib.
Mənə qarşı cinayət işi bu məhkəmənin hakiminin şikayəti əsasında açılıb, şahidlər də bu məhkəmənin işçşiləridir. Ona görə bu məhkəmə işə qərəzsiz baxa bilməz.
İsmayılov xuliqanlığı inkar edir, iddiaçını və polisi işi saxtalaşdırmaqda günahlandırır.
Xüsusən, o iddia edir ki, hakim mülki iş üzrə məhkəmə qəraraını məhkəmə zalında deyil, öz kabinetində elan edib.
Bugünkü iclasda İsmayılov Binəqədi rayon məhkəməsinin bütün heyətinə etiraz edib. "Mənə qarşı cinayət işi bu məhkəmənin hakiminin şikayəti əsasında açılıb, şahidlər də bu məhkəmənin işçşiləridir. Ona görə bu məhkəmə işə qərəzsiz baxa bilməz. Bu səbəbdən cinayət işinin başqa məhkəmənin icraatına verilməsini xahiş edirəm", İsmayılov vəsatət verib.
Dövlət ittihamçısı İsmayılovun vəsatətinin əleyhinə çıxış edib. Hakim yerində müşavirə edərək vəsatəti təmin etməyib.
Bundan sonra İsmayılov bildirib ki, BMTnin İnsan Hüquqları Bəyannaməsinin özbaşınalığa qarşı üsyan etmək hüququnu tanıyan maddəsinə əsasən, o, "hakimə qarşı üsyan edir" və prosesdə iştirakdan imtina edir. Amma məhkəmə icraçıları onun yolunu kəsiblər.
"Mən üsyan hüquqmdan istifadə edərək, məhkəmədə iştirak etməkdən imtina edirəm. Barəmdə ya həbs üqətimkan tədbiri seçin, ya güec tətbiqi ilə məni məhkəmə zalına qaytarın. Hər iki halda məsuliyyəti hakim daşıyır", o xatıraldıb.
Bundan sonra İsmayılovun səhhətində problem yaranıb. Bu zaman hakim təhqiqatın avqustun 15-nə keçirildiyini elan edib.
İsmayılov bildirib ki, bu, siyasi prosesdir, sifarişçiləri isə prezidentin köməkçisi Əli Həsənov və ədliyyə naziri Fikrət Məmmədovdur. O, baş prokuror Zakir Qaralovun ünvanına da tənqidi firkirlər söyləyib.