Accessibility links

İlqar Məmmədov azadlığa buraxılıb [Vəkil Fuad Ağayevin Amerikanın Səsinə müsahibəsi]


İlqar Məmmədov
İlqar Məmmədov

Avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi "Respublikaçı Alternativ" (ReAl) Partiyasının həbsdə olan sədri İlqar Məmmədovu 2 il sınaq müddəti olmaqla azadlığa buraxıb. Bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə müsahibəsində bildirib.

Fiuad Ağayev: Qərardan kassasiya şikayəti verəcəyik
please wait

No media source currently available

0:00 0:01:21 0:00

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.

Müsbət cəhət odur ki, məhkəmənin qərarından sonra İlqar Məmmədov azadlığa çıxıb. Məhkəmənin qərarının qalan hissəsi mənfidir.

Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Vəkil Fuad Ağayev bugünkü məhkəmədən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, Şəki Apellyasiya Məhkəməsinin qərarında bir müsbət cəhət var.

"Müsbət cəhət odur ki, məhkəmənin qərarından sonra İlqar Məmmədov azadlığa çıxıb. Məhkəmənin qərarının qalan hissəsi mənfidir. Çünki İlqar Məmmədov yenidən təqsirli bilinir, Şəki Ağır Cinayətlər Məhkəməsinin onu təqsirli bilməsi hökmü qanuni hesab edilib. Sadəcə olaraq cəzasının çəkilməmiş hissəsi şərti hesab olunub. Onun cəzasının çəkilməmiş hissəsindəın artıq müddət, iki il sınaq müddəti hesab edilib. İstənilən halda bununla razı deyilik. Qısa müddətdə kassasiya şikayəti verəcəyik," Ağayev deyib.

XS
SM
MD
LG