Accessibility links

“Azərenerji”yə yeni rəhbər təyin olunub


 Balababa Rzayev
Balababa Rzayev

İndiyədək “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini Etibar Pirverdiyev tuturdu

Prezident İlham Əliyev Balababa Rzayevi "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edib.

İndiyədək “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini Etibar Pirverdiyev tuturdu. Balababa Rzayev isə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri idi.

İyulun 2-də və 3-də Mingəçevir İstilik Elelktirk Stansiyasında baş verən qəza nəticəsində ölkə ərazisində elektrikin verilməsində saatlarla fasilələr yaranıb. İnsanlar metroda və yollarda qalıb.

İyulun 12-də isə Bakı və bir çox rayonlar bir neçə saat işıqsız qalıb və bu, Ağsu və Yevlax rayonlarında yüksək gərginlikli elektrik verilişi xətləri yaxınlığında taxıl tarlalarında yanğınla izah olunub.

Bundan sonra prezident İlham Əliyev qəzanın səbəblərinin öyrənilməsi və dayanıqlı sistemin qurulması üçün təkliflərin hazırlanması məqsədi ilə Dövlət Komissiyası yaradıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG