Accessibility links

Məhkəmə Murad Adilovu vaxtından əvvəl şərti azadlığa buraxmayıb


Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)
Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)

Amnesty İnternational M.Adilovu "vicdan məhbusu" elan edib

Sentyabrın 5-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Murad Adilovun cəzasının üçdə bir hissəsini çəkməsilə əlaqədar şərti olaraq azadlığa buraxılması barədə müraciətini təmin etməyib.

Məhkəmə 5 saylı koloniyanın təqdim etdiyi mənfi xasiyyətnamənin əsasında müraciəti təmin etməyib. Onun nəzərdə tutulmayan yerdə siqaret çəkdiyinə görə barəsində hökm çıxarılması ilə əlaqədar vaxtından əvvəl azad edilməsi mümkün hesab edilməyib.

Bu barədə AXCP-nin məlumatında deyilir.

M.Adilov qərardan apellyasiya şikayəti vermək niyyətindədir.

M.Adilov 2014-cü ilin avqustunda Sabirabadda qanunsuz narkotik maddənin dövriyyəsi ittihamı ilə həbs olunub. 2015-ci il mayın 14-də altı il həbs cəzası alıb.

O, hazırda xaricdə yaşayan AXCP sədrinin mətbuat katibi, "Azadlıq" qəzetinin şərhçisi və "Azərbaycan saatı" peyk teleproqramının aparıcısı Natiq Adilovun qardaşıdır.

Hüquq müdafiəçilərinin fikrincə, M.Adilov Azərbaycan hakimiyyətini kəskin tənqid edən qardaşının jurnalist fəaliyyətinə görə təqib edilir.

Amnesty İnternational M.Adilovu "vicdan məhbusu" elan edib.

Eyni zamanda N.Adilov digər beynəlxalq təşkilatların onun qardaşının azad edilməsi tələbilə bir dəfə də olsun çıxış etməməsindən təəccübləndiyini bildirib.

"Heç olmasa, bir dəstək məktubu da göndərməyiblər", - N.Adilov Facebook səhifəsində qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG