Accessibility links

AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı


Məhkəmədə AXCP üzvlərinin özləri də iştirak edib, ancaq onların işlərinə ayrı-ayrılıqda baxılıb

Sentyabrın 18-də Nəsimi rayon məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin fəalı Ruslan Nəsirlinin həbs müddəti dekabrın 9-na qədər artırılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin cəbhəçi fəalların həbs müddətinin uzadılması barədə vəsatətinə hakim Elman İsayev baxıb. Məhkəmədə AXCP üzvlərinin özləri də iştirak edib, ancaq onların işlərinə ayrı-ayrılıqda baxılıb.

Onlar təqsirsiz olduqlarını bildiriblər, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qeyri-insani rəftarla üzləşmələrindən danışıblar.

Təqsirləndirilən şəxslər və onların vəkilləri prokurorluğun vəsatətinə etiraz ediblər. Lakin məhkəmə istintaq dövrü üçün cəbhəçilər haqqında seçilmiş həbs-qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması barədə prokurorluğun vəsatətini təmin edib.

AXCP fəalların yaxınları bildirib ki, həbs müddətinin uzadılması qərarından apellyasiya şikayəti veriləcək.

Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmlinin həbs müddəti də bir neçə gün öncə dekabra qədər uzadılıb.

Mayın 26-da Azərbaycan Baş Prokurorluğu S.Rüstəmovun və V.Rüstəmlinin AXCP fəalı Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovla birlikdə AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" işi üzrə həbs olunduğunu bildirib.

Həbs olunanlara qanunsuz sahibkarlıq, cinayətkar yolla əldə edilmiş pulların yuyulması və s. ittihamlar irəli sürülüb.

AXCP qanunsuz maliyyə əldə etməsi barədə ittihamları rədd edib.

Hüquq müdafiəçiləri bu iş üzrə həbs olunanları siyasi məhbus kimi tanıyıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG