Accessibility links

Bloger Azər Kazımzadə sərbəst buraxılıb [Audio-müsahibə]


Fəal Azər Kazımzadə Tbilisidə sərbəst buraxılıb
Fəal Azər Kazımzadə Tbilisidə sərbəst buraxılıb

O sentyabrın 19-da Tdilisidə 6 saatadək polisdə sorğu-sual edilib

Sentyabrın 19-da axşam Tbilisidə saxlanılan Azərbaycanlı fəal, bloger Azər Kazımzadə səhərə yaxın sərbəst buraxılıb.

Kazımzadə Amerikanın Səsinə müsahibəsində bildirib ki, dünən gündüz üç nəfər tərəfindən izlənildiyini hiss edib.

Azərbaycanlı fəal, bloger Azər Kazımzadənin Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:07:54 0:00

"Birini tanıdım - o, əvvəllər də məni izləyən azərbaycanlı idi. Evə qayıtdım və israrla qapım döyüldü. Amma heç kim suallarıma cavab vermirdi. Bundan sonra qapını qırmağa başladılar. Polisə zəng vurdum, bundan sonra qapını döyənlər getdi. Pəncərədən baxdım və məni izləyən həmin azərbaycanlını tanıdım", Kazımzadə bildirilib.

10 dəqiqə sonra polis gəlib və sonra (saat 22.00 radələrində) Kazımzadəni polisə aparıblar.

"Vake-Sabutarlinskin birinci polis bölməsində məni Bakı polisindəki kimi dindirməyə başladılar. Mənə "İlham Əliyevi niyə tənqid edirsən?", "Niyə demokratik ölkələrə deyil, Gürcüstana gəldin?", "Hansı vəsaitlə yaşayırsan?", "Bank hesabların varmı?" kimi suallar verdilər".

"İndi evdəyəm. Bəlkə də polisə müraciət etməyimdən sonra iki-üç gün sakitlik olacaq, amma təhdidlərin bərpa olunmayacağına zəmanət yoxdur.

Son 10 gündür Azərbaycandakı ailəmə də təzyiq göstərilir. Lerik rayonunda polis nümayəndəsi atama deyib ki, Gürcüstanda məni bezdirəcəklər. O, mənim facebook-dan Heydər Əliyevin Şəki və Lənkəranda üzərində qum saatı - Oyan Hərəkatının rəmzi çəkilən abidələrinin fotoşəklini yığışdırmağımı və ümumiyyətlə, hakimiyyəti tənqid etməyə son qoymağımı və sakit oturmağımı tələb ediblər. Gürcüstanda qalmağım təhlükəlidir, Əfqan Muxtarlının taleyini yaşamaq istəmirəm", deyə Kazımzadə bildirib.

O, ABŞ, Niderland, Almaniya, Fransa səfirliklərinə müraciət etmək niyyətindədir.

Oyan Hərəkatı 6 mart 2016-cı ildə Amsterdamda bir qrup azərbaycanlı siyasi mühacir tərəfindən təsis edilib. Qum saatı - hərəkatın emblemi zamanın axdığını - xalqın öz hüquqları uğrunda mübarizə üçün tədricən oyandığını əks etdirir.

Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri hələlik vəziyyəti şərh etmir.

XS
SM
MD
LG