Accessibility links

Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirilib


Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Bakıda Qarabağ münaqişəsi ilə bağlı mitinq keçirilib

Mitinqdə minlərlə insan iştirak edib

Sentyabrın 29-da Qarabağ Azadlıq Təşkilatının (QAT) və bəzi ictimai-siyasi xadimlərin təşəbbüsü ilə Bakıda Məhsul stadionunda “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirilib. Mitinqdə minlərlə insan iştirak edib.

Mitinqdə həmçinin “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Antiterror əməliyyatları başlanılsın!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!”, “Yurda qayıdış təmin edilsin!”, “Ümid sənədir Azərbaycan əsgəri!” kimi şüarlar qaldırılıb.

Qarabağa azadlıq! mitinqi
Qarabağa azadlıq! mitinqi

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni silahlı birləşmələrinin nəzarətinə keçib.

1992-ci ildə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu həlli üçün danışıqlar başlayıb. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.

Qarabağa azadlıq! mitinqi
Qarabağa azadlıq! mitinqi

Həmsədr dövlətlər dəfələrlə hazırki status-kvonun qəbuledilməz olması barədə bəyanatlarla çıxış edib. Bununla yanaşı BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın suverenliyində olan ərazilərin dərhal boşaldılması ilə bağlı dörd qətnamə qəbul edib. Buna baxmayaraq status-kvo hələ də dəyişməyib.

2016-cı il aprelin 2-dən 5-dək cəbhədə hərbi əməliyyatlar yenidən bərpa olunub və tərəflər onlarla itki verib. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb.

Ermənistanda bu ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar bərpa olunub. Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikinci görüş baş tutub. Sentyabrın 28-də isə Düşənbədə Azərbaycan və Ermənistan prezidentləri arasında söhbət olub.

Ya Qarabağ, ya ölüm! şüarı
Ya Qarabağ, ya ölüm! şüarı

Bu günki mitinqdəki çıxışlar zamanı natiqlər çıxışlarında "münaqişənin sülh yolu ilə nizamlanmamadığı halda hərb yoluna üstünlük vermək" və "Azərbaycan ərazilərində ermənilər tərəfindən məskunlaşma aparılmasının qarşısının almaq" haqqında danışıb, Minsk qrupunun fəaliyyətini və iqtidarın siyasətini tənqid edib. Natiqlər həmçinin Rusiyanın Azərbaycan ərazilərinin azad edilməsinə heç zaman kömək etməyəcəyini bildiriblər.

"Rusiyanın köməyinə ümid bəsləmək və hazırki iqtidardan ərazilərin qaytarılmasını gözləmək əbəsdir", keçmiş daxili işlər naziri İsgəndər Həmidov deyib.

Qarabağa azadlıq! şüarı
Qarabağa azadlıq! şüarı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hökuməti aparılan danışıqlarla bağlı ictimaiyyətə hesabat verməyə çağırıb.

Mitinqin qətnaməsini keçmiş baş nazir Pənah Hüseyn oxuyub. Sənəddə "Azərbaycan hökuməti ermənilərin nəzarətində olan beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın suverenliyində tanınan ərazilərin qaytarılması üçün təsirli tədbirlər" görməyə çağırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG