Accessibility links

“Azad Həsənov ittihamı qəbul etmir"


Müsavat fəalının vəkili Osman Kazımovun Amerikanın Səsinə müsahibəsi

“Azad Həsənovla bu gün, oktyabrın 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdüm. Səhhəti yaxşıdır. Həbsinin səbəbini siyasi fəaliyyəti ilə bağlı hesab edir”.

Bu barədə Müsavat Partiyasının fəalı Azad Həsənovun vəkil Osman Kazımov Amerikanın Səsinə müsahibəsində bildirib.

Vəkil: “Azad Həsənov ittihamı qəbul etmir"
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə, o, sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.

Sonra özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.

Azad Həsənova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqarda törədildikdə) cinayət işi qaldırılıb.

Oktyabrın 12-də Xətai rayon Məhkəməsi hakim İbrahim İbrahimlinin sədrliyi ilə Həsənov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İttiham məhkəmədə sübut olunsa Azad Həsənovu əmlakı müsadirə edilməklə, 5 ildən 12 ilədək həbs gözləyir.

Müsavat Partiyası fəalın saxlanılmasını hakimiyyətin qisasçılıq və repressiya siyasətinin davamı kimi qiymətləndirib.

Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Vəkil Amerikanın Səsinə deyib ki, Həsənovu Bakı Baş Polis İdarəsində saxlayanda həbsinin onlardan asılı olmadığını bildiriblər.

“Özü yaxşıdır. Saxlanılarkən ona hər hansı işgəncə verilməyib. Yalnız tutularkən fiziki zorakılıqla avtomobildə oturdublar. Bir də Bakı şəhər Baş Polis İdarəsində izahat vermək istəməyib, bu zaman hədə-qorxu gəlinib. Amma fiziki işgəncəyə məruz qalmayıb. Səhhəti yaxşıdır”.

İttihama gəlincə, Həsənov bildirib ki, onun cibinə narkotik maddəni atıblar.

“O siqaret belə çəkmir, narkotikdən uzaq adamdır. Dedi ki, narkotiki cibinə qoyublar. Xətai rayon Məhkəməsində də bunu deyib və dövlət tərəfindən təyin edilmiş vəkilə etiraz edib. Ancaq məhkəmə onun dediklərinə məhəl qoymayıb”.

Azad Həsənov vəkilə bildirib ki, polisdə ona facebook səhifəsində bayraqla foto yaydığını deyiblər.

“Mən onun facebook səhifəsinə baxacam, görüm hansı fotodan söhbət gedir. Ancaq, Həsənov dedi ki, o heç kimi təhqir etməyib, heç kimin ünvanına nalayiq ifadə işlətməyib. Normal qaydada, etika daxilində mübarizə aparıb”, vəkil qeyd edib.

Kazımov Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG