ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Vördsmis ilk dəfə Azərbaycanda səfər edib. Vördsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edib.
Unikal repçi, qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda ictimaiyyəti qarşısında çıxış edib. Azərbaycan tamaşaçıları və reper sevərlər onu səhnədə alqışlarla qarşılyıb
Məşhur repçi həmçinin səhnəni Azərbaycanlı məsləkdaşlarları ilə də bölüşüb.
Vördsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.
Morqan Dövlət Universitetində futbol oynamaq üçün tam idman təqaüdünü qazanmasına baxmayaraq, Solsberi Universitetinə keçirildi, bu isə Vördsmisin əyləncə sferasına diqqətini cəlb etdi. O, təhsilini Teatr Sənəti üzrə bakalavr dərəcəsi ilə tamamlayıb. Uordsmis 2018-ci ili Marin Alsop və Baltimor simfonik orkestri ilə birlikdə "Heyvanların Karnavalı" üçün hip-hop hekayəsinin təqdimatı ilə başlayıb. Onun xeyriyyəçi, müəllim və musiqiçi kimi göstərdiyi fəaliyyəti ona Afrika, İsrail, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və başqa ölkələrə səfər etməyə yol açıb. Dövlət Departamenti, Baltimor meriyası, “Keller Uilliams Realiti”, “Open Dor Baltimor” və “Pleys” layihəsi Uorldsmisə şəhər gəncləri və evsizlərə yardım etməyə imkan verib.