Accessibility links

Azərbaycan, Türkiyə və İran birtərəfli sanksiyaları pisləyib


Oktyabrın 30-da İstanbulda Azərbaycan,Türkiyə, İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü olub. Görüşdə Azərbaycanın,Türkiyənin və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov Mövlüd Çavuşoğlu və Məhəmməd Cavad Zərif iştirak edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazirlər coğrafi cəhətdən əlverişli mövqeyə malik üç ölkənin tranzit potensialının artırılmasına, eləcə də nəqliyyat infrastrukturunun inkişafı üçün əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.

Nazirlərin imzaladığı İstanbul bəyannaməsində deyilir ki, beynəlxalq və regional təşkilatlar çərçivəsində sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən məsələlərə dair sıx məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Sənəddə tərəflər suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklərini vurğulayıb.

“Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında həllinin vacibliyini bir daha vurğulayırıq”, bəyannamədə deyilir.

Nazirlər BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İranın JCPOA-ya əməl etdiyini nəzərə alıb, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə vermək öhdəliklərini xatırlatdıb. “Bu xüsusda ölkələr arasında ticarət və kommersiya əlaqələrinin inkişafına mənfi təsir göstədiyi üçün birtərəfli sanksiyaları pisləyirik”, bəyannamədə qeyd edilir.

Nazirlər terrorizm, separatçılıq və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin və onların prekursorlarının, silahların qanunsuz dövriyyəsi, insan alveri, miqrantların qaçaqçılığı, çirkli pulların yuyulması, kibercinayətkarlıq, mədəni və tarixi irsə qarşı cinayətlər və digər transmilli təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində müvafiq beynəlxalq alətlər üzərində əməkdaşlığı gücləndirmək öhdəliklərini bir daha qeyd edib.

Tərəflər növbəti görüşün İranda keçirilməsinə dair razılığa gəlib.

Azəraycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli formatda göürüşü bundan öncə Urmiya, Naxçıvan, Van, Ramsar və Bakı şəhərlərində keçirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG