Accessibility links

İlqar Məmmədov: Bakıya ayrıca status verilməlidir [Video]


İlqar Məmmədov: Bakıya ayrıca status verilməlidir
please wait

No media source currently available

0:00 0:08:08 0:00

REAL Partiyasının sədri İlqar Məmmədovun Amerikanın Səsinə müsahibəsi

REAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə müsahibəsində Bakı merinin seçki yolu ilə seçilməsi, Bakı meriyasının yaradılması reallığı və devalvasiya nəticəsində vətəndaşlarla yaranan problemin həlli yollarından danışıb.

Amerikanın Səsi: REAL Partiyası 40 min seçicinin imzası ilə Bakı meriyasının seçkili olması barədə parlamentə qanun layihəsi təqdim edilməsi barədə qərar qəbul edib. Sizin partiya Bakı meriyasının strukturunu necə görür?

Mer vəzifəsinin təsisi üçün Konstitusiya qanunu layihəsi irəli sürüləcək.

İlqar Məmmədov: Birincisi ondan başlayaq ki, söhbət təkcə bir qanun dəyişikliyindən getmir. Biz qanunlara dəyişiklikləri nəzərdə tutan "təkliflər paketi" hazırlayırıq. Bu sənəd mer seçkilərinin keçirilməsi və mer vəzifəsinin təsisi ilə bağlı olacaq. Mer vəzifəsinin təsisi üçün Konstitusiya qanunu layihəsi irəli sürüləcək. Konstitusiya qanunu ilk növbədə bu vəzifəni təsis edəcək. Adının necə olacağını indi dəqiq deyə bilmərəm. Ola bilər ki, Bakı şəhər bələdiyyə başkanı vəzifəsi adlandırılacaq. Konstitusiya qanunu ilə yanaşı adi qanunlar da təqdim olunacaq. "Seçki Məcəlləsi"nə uyğun dəyişiklik haqqında, "Bələdiyyələrin statusu haqqında" qanuna, ola bilər digər bir neçə qanuna da "təkliflər paketi" çərçivəsində dəyişikliklər təqdim edildi. Bunların hamısının mənası o olacaq ki, bu vəzifə təsis edilir. Azərbaycanda artıq merin seçilməsi mümkün olur. Ola bilsin bir pilləli seçki ilə, ola bilər iki pilləli seçki ilə, hazırda bizdə hüquqi heyət tərəfindən o dəqiqləşdirmələr aparılır. Həm ekspert icması ilə müzakirələrdə, həm də öz aramızda siyasi səviyyədə bunlar müzakirə edilir. Bunları yaxın 1 həftə və ya 10 gün ərzində tamamlayıb qanun layihəsi kimi təqdim edəcəyik. Əlbəttə ki, meriyanın daxili strukturu haqqında danışmaq hələ tezdir. Mer vəzifəsi təsis olunandan və seçki keçiriləndən sonra seçilmiş mer xalqdan aldığı səslərə, verdiyi vədlərə uyğun olaraq strukturu təyin edə bilər. ​

Amerikanın Səsi: Paytaxt bələdiyyəsi olmadan meriyaya seçkilər necə keçirilə bilər?

İlqar Məmmədov: Paytaxt meriyası təsis olunmalıdır. Konstitusiya qanunu, hansı ki biz təklif edəcəyik, mənası odur ki, Bakıya ayrıca status veriləcək. Bütün digər qanunlar hansı ki, bələdiyyə idarəçiliyinə aiddiyyatı ola bilər onlar da ayrıca dəyişikliklərə, əlavələrə məruz qalacaq.

Amerikanın Səsi: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkədə keçirilən seçkilərin ATƏT standartlarına uyğun olmadığını bildirib. Bu halda mer seçkilərinin demokratik keçiriləcəyinə inanırsınız və yaxud bu seçkilərin azad, ədalətli keçirilməsini necə təşkil edəcəksiniz? Ümumilikdə seçki mühitini dəyişmədən seçkilərdə iştirak nə qədər düzgündür?

Əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana müşahidə missiyası göndərəcəksə, əlbəttə REAL seçkilərdə iştirak edəcək.

İlqar Məmmədov: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bura 500-600 nəfərlik müşahidə missiyası göndərirsə və buna milyonlarla dollar xərcləyirsə, deməli bunun arxasında bir məntiq var. Məntiq də nədən ibarətdir? Məntiq odur ki, Azərbaycan qanunları nə qədər pis olsa da, azad və demokratik seçki üçün nə qədər az məkan qoysa da, xoş iradə, xoş niyyət olduğu yerdə belə bir seçkilər keçirmək mümkündür. Biz əlbəttə ki, REAL olaraq Azərbaycan hökumətinin, hakimiyyətinin hər hansı bir xoş niyyətinə inanmırıq. Lakin, eyni zamanda seçkiləri bəri başdan boykot eləsək, bu da, məntiqi siyasi çərçivəyə sığmır. Çünki o halda dünyada bizə deyərlər ki, yaxşı, siz, o qanunları sınamadınız və o qanunlar çərçivəsində siyasi gücünüzü sınamadınız? Biz nə edə bilərik. O baxımdan əgər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycana müşahidə missiyası göndərəcəksə, əlbəttə REAL seçkilərdə iştirak edəcək. Yox, belə bir missiya göndərilmiyəcəksə və ya onun qarşısı alınacaqsa onda REAL-ın seçkilərdə

Mer seçkisi olarsa REAL-ın iştirak ehtimalı daha yüksəkdir.

iştirak ehtimalı da çox aşağı olacaq.

Amerikanın Səsi: REAL Partiyası gözlənilən bələdiyyə seçkilərində iştirak edəcəkmi?

İlqar Məmmədov: Bələdiyyə seçkilərində iştirakımız bir sıra siyasi amillərdən asılıdır. O amillər arasında əlbəttə ki, ATƏT-in missiyasının mövcud olub- olmayacağı da var. Amma bu həlledici deyil. Hal-hazırda bizim seçkilərə qatılacağımızı və ya qatılmayacağımızı mən deyə bilmərəm. Ola bilər indiyədək sınanılmamış iştirak formaları da tapıla bilər. Biz bir neçə variantları nəzərdən keçiririk. Amma hər halda bizim bu saat diqqət mərkəzində saxladığımız məsələ odur ki, bələdiyyə seçkiləri üçün mer təsisi üzrə qanunvericilik dəyişsin, Bakıda mer seçkisi olsun. Mer seçkisi olarsa REAL-ın iştirak ehtimalı daha yüksəkdir.

Amerikanın Səsi: REAL Partiyası həmçinin devalvasiya nəticəsində vətəndaşlara dəyən ziyanın kompensasiya edilməsi ilə bağlı da qanun layihəsi hazırlayacağını bildirib. Bu layihədə nələr nəzərdə tutulur?

Çünki bu məsələnin 700 min insana aiddiyatı var. Müxtəlif hesablamalara görə söhbət təxminən 2 milyard dollardan gedir.

İlqar Məmmədov: O biri layihədən fərqli olaraq burada iqtisadi amillər daha güclüdür. İqtisadi məsələlər diqqətlə nəzərə alınmalıdır. Çünki bu məsələnin 700 min insana aiddiyatı var. Müxtəlif hesablamalara görə söhbət təxminən 2 milyard dollardan gedir. Biz 2 milyard dolları əlbəttə birdən-birə iqtisadiyyata ata bilmərik. Ona görə təklif edəcəyimiz qanun layihəsi ondan irəli gələcək ki, yəni o yolla gedəcəyik ki, insanlar heç bir çətinlik hiss etməsinlər. Faizlərin əvvəlki kursla ödənilməsində insanlar heç bir narahatçılıq hiss etməyəcəklər. Digər tərəfdən banklar da zərərçəkmiş tərəfdir. Həmin 2 milyard dollar banklara tədrici qrafiklə ödənilməlidir. Hesab edirik ki, bu, iqtisadiyyata makroiqtisadi neqativ təsirlər göstərməyəcək. Yəni qanun layihəsi hazırlanarkən həm hüquqi tərəfləri, həm də iqtisadi tərəfləri nəzərə alınır. Bu təşəbbüsün səbəbini də demək istəyirəm. Səbəbi odur ki, insanlar Azərbaycan prezidenti İlham Əliyevin, Azərbaycan Mərkəzi Bankının sistematik olaraq verdiyi çaşdırıcı iqtisadi bəyanatlar nəticəsində səhv iqtisadi qərarlar verib. Tək vətəndaşlar yox, banklar və iş adamları da. Amma, nədənsə insanlar çətinlik çəkirlər. Bizim təşəbbüs insanları həmin cəzadan qurtarmaq məqsədi güdür, hansı ki insanlar o cəzaya layiq deyillər.

Qeyd: Azərbaycan rəsmiləri bir qayda olaraq tənqidləri qəbul etmir. Ölkə prezidenti bütün sahələrdə, o cümlədən iqtisadi, sosial və maliyyə sahəsində siyasətinin uğurlu olduğunu bildirib.

XS
SM
MD
LG