Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərin görüşünə çalışır


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

"Azərbaycan Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin noyabrın 14-də yaydığı açıqlamada deyilir.

Açıqlama Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabrında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi barədə mətbuatda yayılan məlumatlara həsr edilib.

Açıqlamada vurğulanır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar.

"Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir", - XİN bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG