Accessibility links

ABŞ ekspertləri Cənubi Qafqaz ölkələrində İrana qarşı sanksiya siyasətini izah edib


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin və Xəzinədarlıq Departamentinin ekspertlər qrupu noyabrın 13-dən 16-dək hökumət həmkarları və biznes liderləri ilə görüşmək üçün Bakı, Tbilisi və Yerevana səfər edib.

ABŞ-in Azərbaycandakı səfirliyinin məlumatına görə, bu səfər ABŞ-ın İrana qarşı sanksiya siyasətini dünya hökumətlərinə izah etməyə və Birləşmiş Ştatların İrana dair məqsədlərinə dair suallara cavab vermək üçün planlaşdırılan görüşlər silsiləsindən ən sonuncusu idi.

Səfirlik bildirir ki, Bakıya səfəri zamanı nümayəndə heyəti Azərbaycan hökumət rəsmiləri və yerli işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Nümayəndə heyəti suallara cavab verib, ABŞ-ın İranın şiddətli və stabilliyi pozan davranışını hədəf alan, İran rejiminin davranışını maksimum iqtisadi və diplomatik təzyiqlər yolu ilə dəyişdirmək cəhdlərini vurğulayıb.

Ekspertlər ABŞ və Azərbaycan arasındakı əməkdaşlıq sahələrini də müzakirə edib.

Səfirlik bildirir ki, ABŞ hökumətinin sanksiyaları haqqında ətraflı məlumatı və onların icrası ilə bağlı ümumi suallara cavabları ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərin İdarəetmə İdarəsinin çox verilən suallar bölümünə daxil olmaqla tapmaq olar.

https://www.treasury.gov/resource-center/faqs/Sanctions/Pages/faq_iran.aspx

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG