Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Milanda görüşəcək


ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Sxoferin (ABŞ) vasitəçiliyilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyanın növbəti görüşü dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində keçiriləcək.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş iştirakçıları Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə edəcək, Azərbaycan XİN mətbuat xidməti bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətlərdir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaratsa da, artıq iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar bərpa edilib.

Noyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüşdə danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədləri okyabrın 29-dan noyabrın 2-dək Azərbaycan və Ermənistana səfərdə olub.

Səfərdən sonra Minsk Qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda deyilir ki, səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub.

Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir.
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Minsk Qrupunun səfərinə müsbət münasibət bildirib: "Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir", Azərbaycan noyabrın 14-də Xarici İşlər Nazirliyi qeyd edib.

Bununla yanaşı, Dağlıq Qarabağın erməni icmasının lideri Bako Saakyan Minsk Qrupunun həmsədr dövlətlərinin paytaxtlarına ardıcıl olaraq səfərlər edib. O noyabrın 14-də Fransada, noyabrın 16-da ABŞ-da və noyabrın 26-da Rusiyada səfərdə olub. Saakyanın rəsmi şəxlsərlə görüşünün olub-olmaması barədə məlumat verilməyb.

Rusiyanın Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə Bako Saakyan sanki qeyri-qanuni qurumun sözdə "rəhbəri" qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib.
Leyla Abdullayeva

Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın Fransaya, ABŞ-a və Rusiyaya səfərlərinə etiraz ifadə olunan bəyanatlarla çıxış edib. “Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, nazirlik xəbərdarlıq edib.

Bako Saakyanın Rusiyaya səfərinə gəlincə Azərbaycan Xarici İşlər Nazirliyi bildirir: “Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiyanın ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir”.

Xarici İşlər Nazirliyinin bəyanatından sonra ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdğını və münaqişənin dinc yolla nizamlanmasını dəstəklədiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Qarabağın erməni icmasının liderinin Moskvaya səfərinin Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik missiyasına zidd olmaması barədə bəyanatı isə Azərbaycan tərəfindən narazılıqla qarşılanıb.

Mən Qarabağın adından deyil, yalnız Ermənistanın adından danışıqlar apara bilərəm. Biz hesab edirik ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə yekun həlli üçün danışıqlar stoluna qayıtmaq vacibdir.
Nikol Paşinyan

"Rusiyanın Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə Bako Saakyan sanki Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə "rəhbəri" qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölünə istirahətə gedib", Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiyaya cavab verib.

Noyabrın 29-da Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da Sevan şəhərində seçki kampaniyası çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlara toxunub.

“Atəşkəs rejiminə son 15 ildə indidki qədər əməl edilməyib. Amma bu heç nə deməkdir. Biz başa düşürük, Azərbaycanın və bizim münaqişənin nizamlanması ilə bağlı fərqli təsəvvürlərimiz var. Biz deyirik və münaqişənin sülh yolu ilə həllinə hazırıq. Biz həm də deyirik ki, mən Qarabağın adından deyil, yalnız Ermənistanın adından danışıqlar apara bilərəm. Biz hesab edirik ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə yekun həlli üçün danışıqlar stoluna qayıtmaq vacibdir”, news.am saytı Nikol Paşinyana isitinadən yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG