Accessibility links

Azərbaycanın energetika naziri OPEC-in görüşünə qatılacaq


Pərviz Şahbazov
Pərviz Şahbazov

Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 4-dən 7-dək Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Nazir Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasına qatılacaq.

Pərviz Şahbazov dekabrın 7-də isə OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin 5-ci görüşündə iştirak edəcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlərin planlaşdırıldığı da deyilir.

Azərbaycan 2016-ci ildən OPEC ilə dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə iştirak edir.

Toplantının məqsədi dünya bazarında neftin qiymətinin qaldırılması üçün gündəlik hasilatı 1.2 milyon barel azaltmağa nail olmaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG