Accessibility links

Ülvi Həsənli: Gənclər ölkədə heç bir perspektiv görmür [Video]


Ülvi Həsənli: “Gənclər ölkədə heç bir perspektiv görmür
please wait

No media source currently available

0:00 0:05:52 0:00

Ülvi Həsənli: “Gənclər ölkədə heç bir perspektiv görmür

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli Amerikanın Səsinə müsahibəsində gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakından və problemlərdən danışıb.

Amerikanın Səsi: Son zamanlar gənclərin aktiv ictimai-siyasi fəaliyyəti demək olar ki, gözə dəymir. Sizcə bunun səbəbi nədir?

Fəaliyyət sahəsi demək olar ki, tam məhdudlaşdırılıb.

Ülvi Həsənli: Azərbaycanda son dövrlər gənclərin aktiv olmamasının iki səbəbi var. Birincisi, ölkədə gənclər davamlı olaraq repressiyaya məruz qalır, həbs olunurlar. Fəaliyyət sahəsi demək olar ki, tam məhdudlaşdırılıb. İkinci səbəb isə odur ki, Azərbaycandan kifayət qədər çox gənclər xarici ölkələrə gedir. Çünki onların Azərbaycanda artıq heç nəyə ümidi qalmayıb. Haqq-ədalətin bərpa olunacağına inamları yoxdur. Ona görə də əsasən Avropa ölkələrinə gedirlər. Bu səbəblərdən gənclərin aktiv fəaliyyəti görünmür.

Amerikanın Səsi: Eyni zamanda bir sıra fəal gənclər, məsələn Bayram Məmmədov, Qiyas İbarhimov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmanlı, Mehman Hüseynov və başqaları hələ də həbsdədir. Onların hüquqlarının müdafiəsi sahəsində hansı addımlar atılır?

Ülvi Həsənli: Həbsdə olan gənclərin hüquqlarının müdafiəsi ilə bağlı iki istiqamətdə fəaliyyət aparılır. Beynəlxalq təşkilatlar, diplomatik korpuslar mütəmadi olaraq məlumatlandırılır. Həm də ictimai kampaniyalar təşkil edilir. Həbsdə olan insanların problemləri gündəmdə saxlanılır, ictimailəşdirilir.

Azərbaycanda vətəndaş cəmiyyəti və gənclər sektoru həbsdə olan insanların müdafiəsi ilə bağlı kifayət qədər iş görür. Sadəcə Azərbaycan hökuməti bu məsələdə hədsiz dərəcədə dirənib. Dəfələrlə qərb ölkələrinin prezidentləri, ölkə başçıları səviyyəsində məsələ Azərbaycan prezidenti qarşısında qaldırılıb. Məncə bundan yüksək diplomatik səviyyə yoxdur. Amma, Azərbaycan hökuməti bu məsələdə hələ də ciddi müqavimət göstərir.

Amerikanın Səsi: Həbslər gənclərin vətəndaş fəallığına necə təsir edir?

İndi heç bir ümid yoxdur.

Ülvi Həsənli: Əlbəttə ki, bu gənclərin fəallığına mənfi təsir edir. Məsələn 4-6 il bundan əvvəl də həbslər var idi. Amma, gənclər yenə də fəal idilər. Həbslər o qədər davamlı, ardıcıl forma almağa başladı ki, həbslər insanları qorxutmaqdan əlavə, gənclər ölkədə artıq heç bir perspektiv görmür. Əvvələr belə əhval-ruhiyyə var idi ki, həbs ola bilər, amma perspektivdə bu həbslər dayanacaq və yeni vizion (yeni situasiya-red) açılacaq. Amma, indi heç bir ümid yoxdur. Hətta Avropa Məhkəməsinin gənclərin həbsləri və yaxud başqa hüquqlarının pozulması ilə bağlı qərarları var ki, icra olunmur. On il davamlı olaraq repressiya altındasansa, artıq insanlar ölkədə heç bir perspektiv gözləmir. Bu onların fəaliyyətinə, aktivliyinə çox ciddi təsir edir.

Amerikanın Səsi: Sizin təmsil olunduğunuz NİDA Vətəndaş Hərəkatı hazırda hansı durumdadır? İctimai-siyasi fəaliyyətinizi necə həyata keçirirsiniz?

Amerikanın Səsi: NİDA-nın fəaliyyəti davam edir. NİDA-nın açıq və qapalı tədbirləri olur. Həssas mövzularla bağlı video-roliklər hazırlanır. Fəaliyyət davam edir. Amma, əlbəttə ki, bu 2012-21013-cü illərdəki kimi gözə dəymir. Çünki həmin dövrdə ölkədə ictimai-siyasi mühit, əhval-ruhiyyə tam başqa idi. Amma, NİDA-nən maarifləndirici tədbirləri var. Bura bizim açıq təlimlər, açıq konfranslar, kitab çapları, kitab təqdimatları daxildir. Altı aylıq, bir illik tədbirlər planlarımız var. Amma ölkədə yüksək əhval-ruhiyyə olmadığına görə, insanlar artıq ictimai-siyasi proseslərdən gözləntiləri olmadığına görə bizim də fəaliyyətimiz o qədər də görünmür.

Amerikanın Səsi: Bəs onda ölkədə gənc liderlərin yetişməsi üçün nələr edilməldir?

Birinci növbədə gənc fəalların hərəkatlara, vətəndaş cəmiyyəti qurumlarına cəlb olunmaları vacibdir.

Ülvi Həsənli: Birinci növbədə gənc fəalların hərəkatlara, vətəndaş cəmiyyəti qurumlarına cəlb olunmaları vacibdir. İkinci növbədə də insanların maarifləndirilməsi, təlimlərin, debat klublarının təşkili lazımdır. Bizim nəsil gənclərin yetişməsi bu mərhələlərdən keçməklə mümkün olub. Universitetlərdə də gənc liderlərin yetişdirilməsi üçün bir iş aparılmır.

XS
SM
MD
LG