Accessibility links

Siyasi fəalın apellyasiya şikayəti təmin olunmayıb


Foto Hüseyn Məlikin Facebook səhifəsindən götürülüb
Foto Hüseyn Məlikin Facebook səhifəsindən götürülüb

Dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlikin 25 sutka inzibati həbsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayəti təmin edilməyib.

Hüseyn Məlikin ailə üzvləri bildirib ki, prosesdə Hüseyn Məlikin özü də iştirak edib.

Hüseyn Məlik ona qarşı irəli sürülən polisə müqavimət ittihamının doğru olmadığını deyib. Onu gecə saat 1 radələrində evindən aparıblar.

Hüseyn Məlik Səbail Rayon Məhkəməsinin çıxardığı qərarı qanunsuz və əsassız kimi dəyərləndirib.

"İki nəfər idilər, biri mülki geyimdə, o biri də polis formasında. Birbaşa Səbail rayonu Polis İdarəsinion 41-ci Polis Bölməsinə apardılar. İki nəfəri üzümə qoydular ki, guya polisə müqavimət göstərmişəm. Məni aparanda güclə geyindim, heç zəng eləməyə imkan vermədilər. Telefonumu da əlimdən almışdılar", Məlik bildirib.

Facebook hesabıma girib, iyun ayına qədər bütün statuslarımı sildilər. Bunun özü də sübut edir ki, məni məhz statuslarıma görə həbs ediblər.
Hüseyn Məlik

Siyasi fəalın dediyinə görə, polis bölməsində səhhəti pisləşib, polislər Təcili Tibbi Yardım çağırıblar.

O bildirib ki, məhkəmədə hüquqlarını müdafiə etmək üçün ona dövlət hesabına vəkil təyin edilsə də imtina edib.

Vəkildən imtina etməsinin səbəbi kimi dövlət tərəfindən təyin edilən müdafiəçisinin Yeni Azərbaycan Partiyasının üzvü olmasını göstərib.

"Telefonumu açmaq üçün kodunu istəyirdilər, vermirdim. Bir nəfər çağırdılar ki, gəlib açsın. Gördüm ki, xarab eləyəcəklər, özüm kodu verdim. Facebook hesabıma girib, iyun ayına qədər bütün statuslarımı sildilər. Bunun özü də sübut edir ki, məni məhz statuslarıma görə həbs ediblər. Məhkəmə də cəmi 4 dəqiqə çəkdi. Heç mənə danışmağa imkan vermədilər. Hakim gəlib 25 sutkalıq qərarı oxudu," o qeyd edib.

ADR Hərəkatının fəalı bildirib ki, apellyasiya məhkəməsindən də ədalət gözləntisi yoxdur.

Hakim Hüseyn Məlikin apelyasiya şikayətini təmin etməyib. Ona 25 gün inzibati həbs cəzası verilməsi barədə Səbail Rayon Məhkəməsinin 5 dekabr 2018-ci il tarixli qərarı qüvvədə saxlanıb.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı Hüseyn Məlikin həbsini siyasi hesab edir.

XS
SM
MD
LG