Accessibility links

Siyasi fəal: 'Xanımımı polisə aparıblar, oğlumu küçədə saxlayıblar'


"Bir neçə gündür ki, polisdən zəng vuraraq təkidlə tələb edirlər ki, polis bölməsinə gəlim. Mən də rayondayam işim var, çıxa bilmirəm. Mənə zəng edən polislərin özlərinə də demişəm ki, Bakıda deyiləm. Bununla belə, martın 4-də xanımımı Binəqədi Rayon Polis İdarəsinin 6 saylı Polis Bölməsinə aparıblar".

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Nərimanlı bildirib.

Bütün bu davranışları ona təzyiq adlandıran Cəfər Nərimanlı deyib ki, polislər bununla kifayətlənməyiblər, oğlunu küçədə saxlayıblar. "Mənim yerimi uşaqdan soruşublar, bu da uşaqdır, qorxub. Qonşularımı narahat ediblər...", Cəfər Nərimanlı əlavə edib.

Cəfər Nərimanlı vurğulayıb ki, martın 4-də polis bölməsinə çağrılan xanımından yerini xəbər alıblar: "Əlavə ediblər ki, təsir göstərin, mitinqə, piketə getməkdən yayındırın, bir böyüyü yoxdur deyələr, mitinqə piketə getməsin".

Cəfər Nərimanlının bildirdiyinə görə, sonunda xanımı vasitəsilə ona xəbərdarlıq edilib ki, üç günə polis bölməsinə gəlməsə zorla gətirdiləcək: "Bütün bu baş verənlər AXCP-yə və AXCP üzvü kimi bizlərə təzyiqdir. Bunu başqa cür adlandırmaq mümkün də deyil. AXCP-nin təşkilatçısı olduğu hər hansı kütləvi aksiyadan öncə və ya sonra üzvlərə belə təzyiqlər olur, bu da həmin növbəti təzyiqlərdən biridir"- deyə, Cəfər Nərimanlı əlavə edib.

Bütün bu açıqlamalara, hələlik, Binəqədi Rayon Polis İdarəsinin 6 saylı Polis Bölməsi və Daxili İşlər Nazirliyindən (DİN) münasibət almaq mümkün olmayıb. Amma DİN rəsmiləri belə şikayətlərlə bağlı, bir qayda olaraq, bildirirlər ki, Azərbaycanda insanların siyasi fəaliyyəti ilə bağlı onların özünə və yaxınlarına təzyiq edilmir.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 40-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 10-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa, bu partiyanın 10-dan çox fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər.

AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.

Rəsmilər isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar ölkədə bütün fundamental azadlıqların qorunduğunu deyirlər.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG