Accessibility links

Siyasi fəalların apellyasiya şikayətləri təmin edilməyib


Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsində inzibati həbs cəzasına məhkum edilən bir qrup mülxalifət fəallarının apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayətlərin heç birini təmin etməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, məhkəmədə Müsavat Partiyasının (AXCP) fəalı Elvin Abdullazadə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Saqif Qurbanov, Nicat Abdullazadə, Namiq Abbasəliyevin və ümumilikdə 7 şikayətə baxılıb.

Siyasi fəallar yanvarın 17-dən 20-dək saxlanılaraq 20 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib.

Apellyaisya şikayətlərinin hamısında birinci instansiya məhkəmələrinin çıxardıqları inzibati həbs qərarlarının ləğvi istənilib. Amma hakimlər birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayıb. Buna cavab olaraq siyasi fəalalr “Bu vətən bizimdir!” süarı səsləndirib.

Yanvarın 19-da Milli Şuraya daxil olan siyasi partiyalar və ictimai qurumlar Bakıda mitinq keçirib. Müsavat və REAL partiyaları da aksiyaya dəstək verib.

AXCP-nin məlumatna görə, mitinqə hazırlıq dövründə və mitinqdən sonra 50 nəfərə yaxın siyasi fəal saxlanılıb. Ümumilikdə 29 nəfər fəal inzibati həbsə məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG