Accessibility links

Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirib


Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirib

Martın 29-da bir qrup siyasi mühacir Azərbaycanın Berlindəki səfirliyi qarşısında “Siyasi məhbuslara azadlıq!” “Rədd olsun sülalə rejimi!” “Diktauraya yox!” ”Qarabağa azadlıq!” və digər şüarlarla etiraz aksiyası keçirib.

Aksiyada bildirilib ki, siyasi məhbus kimi tanınan 85 məhbusun hamısı azad edilənədək Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinin qarşısında etiraz aksiyaları keçiriləcək.

Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
Siyasi mühacirlər Azərbaycanın Berlindəki səfirliyi qarşısında etiraz aksiyası keçirib

“Məmur özbaşınalığı, rüşvət və korrupsiya hallarına son qoyulmalıdır. Diqlas Ticarət Mərkəzi ilə bağlı məmur özbaşınalığı, qanunlara əməl edilməməsi yüzlərlə sahibkarı bir anda işsiz və mülkiyyətsiz qoydu. İlham Əliyev məmurların özbaşınalığının qarşısını almaq əvəzinə dövlət büdcəsindən kompensasiya ödəməklə özünü etiraz aksiyalarından qoruyur,” çıxışlardan birində bildirilib.

Etirazçılar siyasi məhbusların bir-bir adlarını sadalayaraq onlara azadlıq tələb edib.

Aksiyalda həmçinin Əliyevlər rejiminin Dağlıq Qarabağı azad edə bilməməsi diqqətə gətirilib.

“Əliyevlər rejimi Qarbağ problemini həll etmək istəmir. Onlar bu danışıqları uzatmaqla hakimiyyətlərinin ömrünü uzatmaq istəyir,” deyə natiqlərdən biri qeyd edib.

XS
SM
MD
LG