Accessibility links

Siyasi məhbus aclığa başlayıb


Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev avqustun 18-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb.

Bu barədə Amerikanın Səsinə onun yaxınları bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Emin Saqiyevi böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib.

Ailə üzvlərinin sözlərinə görə, Saqiyev aclıq aksiyasına avqustun 18-də onun kassasiya şikayəti ilə bağlı keçirilmiş Ali Məhkəmənin iclasından sonra başlayıb.

Bu deyilənlərə hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

O, Xalq Cəbhəsi Partiyasının fəalı, jurnalist, Avropadan yayımlanan müxalif “Turan TV” telekanalının aparıcılsı olmuş Türkel Azərtürkün bacanağıdır.

Yerli hüquq müdafiəçiləri əmindirlər ki, onu siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Azərtürk sonuncu bir neçə ildir ki, Avropada yaşayır. O, Azərbaycan hakimiyyətini kəskin tənqid edən “Azərbaycan saatı” İnternet resursunun əməkdaşı olub. Türkel Azərtürkün özü də bu ilin fevralında bildirib ki, o və ailəsi həyatlarına təhlükənin mövcudluğu ilə bağlı Niderland polisi tərəfindən xəbərdar edilib. Bu ilin martında Türkel Azərtürk AXCP-dən, o cümlədən AND təşkilatından, internet resurslarında fəaliyyətdən istefa verdiyini bildirib.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmir. Onlar deyir ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG