Accessibility links

Siyasi məhbus kimi tanınan şəxs yenidən həbsə məhkum edilib


Dekabrın 20-də Bakının Xəzər Rayon Məhkəməsi həbsdə olan dindar Telman Şirəliyevin həbs müddətinin artırılması barədə qərar qəbul edib.

Şirəliyev 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etdikdən sonra 6 il müddətinə azadlıqdan məhrum olunub.

Həbsdən çıxmasına bir həftə qalmış Telman Şirəliyevə qarşı yeni cinayət işi açılıb. Guya onun həbsxanadakı yatağında yastığının altından biz tapılıb.

Lakin həbsdən çıxmasına bir həftə qalmış ona qarşı yeni cinayət işi açılıb. Guya onun həbsxanadakı yatağında yastığının altından biz tapılıb. Ona qarşı Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi) ilə ittham irəli sürülüb.

Bu gün məhkəmə Telman Şirəliyevi 5 ay 18 gün azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Telman Şirəliyevə qarşı yeni iş onun əfv ərizəsi yazmaqdan imtina etməsilə bağlıdır.

Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın koordinatoru Elşən Həsənov bildirib ki, Telman Şirəliyev qeyri-obyektiv məhkəmə istintaqının əsasında mühakimə olunub.

Prosesdə onu dövlət hesabına təyin olunmuş vəkil müdafiə edib.

Azərbaycanda siyasi motivli ittihamlarla üzləşən daha iki şəxs həbs müddətinin başa çatmasına bir neçə gün qalmış yeni ittihamla yenidən həbsə məhkum edilib.
Azərbaycanda siyasi motivli ittihamlarla üzləşən daha iki şəxs həbs müddətinin başa çatmasına bir neçə gün qalmış yeni ittihamla yenidən həbsə məhkum edilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Şirəliyevin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə çəkişməsi hüququ) və 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) maddələrilə təsbit edilmiş hüquqları pozulub.

"Biz məhkəmənin qərarını ədalətsiz, qərəzli və siyasi motivli hesab edirik. Şirəliyev yenidən siyasi məhbuslar siyahısına daxil ediləcək," Həsənov bildirib.

Bundan öncə Azərbaycanda hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan iki şəxs həbs müddətinin başa çatmasına bir neçə gün qalmış yeni ittihamla yenidən həbsə məhkum edilib. Bunlar keçmiş səhiyyə naziri Əli İnsanov, müxalifətdə olan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimdir.

XS
SM
MD
LG