Accessibility links

Siyasi məhbus sayılanların yeni siyahısı açıqlanıb


Avqustun 31-də "Azərbaycan Siyasi Məhbuslara Azadlıq" İttifaqı (ASMAİ) ölkədə siyasi məhbus saydıqları şəxslərin yeni siyahısını yayıb. 8 qrupa təsnif edilmiş siyahıda 117 nəfərin adı var.

Onlardan 6-sı jurnalist bloqer, 1-i hüquq müdafiəçisi-dir. 6 nəfər də müxalif partiya və hərəkatların üzvləri-dir. Habelə siyahıda
Avropada yaşayan mühacir Türkel Azərtürkün bir qohumu da yer alır.

Orada ən çox şəxsin yer aldığı "Dindarlar" qrupudur - 55 nəfər. Bu qrupda adı keçənlərin sayı “ Gəncə işi” məhkəməsi ilə bağlı çoxalıb. Siyahıda“Ömürlük məhbuslar” və başqa qruplar da yer alır.

Amma siyahıdan adları çıxarılanlar da var. Onlar bu yaxınlarda azadlığa qovuşan jurnalist Seymur Həzi və Müsavat Partiyasının fəalı Azad Həsənovdur.

Xatırlatma

Azərbaycanda siyasi məhbuslarla bağlı bir neçə siyahı var. Bu ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə 50-yə qədər siyasi məhbusun azadlığa buraxıldığı açıqlanmışdı. Ondan sonra bəzi siyahıda 80, bəzi siyahıda isə 100 civarında siyasi məhbusun qaldığı vurğulanırdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyahi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb edilmiş adamlardır.

ASMAİ 2018-ci ilin sonlarında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov, hüquq müdafiəçisi Hilal Məmmədov və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev yaradıb.

AzadlıqRadiosu

Şərhlərə bax

XS
SM
MD
LG