Accessibility links

Siyasi məhbuslar azadlığa çıxdı. Amma... [Video]


Siyasi məhbuslar azadlığa çıxdı. Amma...
please wait

No media source currently available

0:00 0:11:07 0:00

Siyasi məhbus kimi tanınan şəxslərin ilk bəyanatları ilə tanış olun

Martın 17-də prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə əfv olunmuş 399 məhkum azadlığa buraxılıb.

Azadlığa buraxılanların 51 nəfəri hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan şəxslərdir. Siyasi məhbus kimi tanınan şəxslərin əksəriyyəti ölkədə demokratik rejimin qurulması və insan haqlarının qorunması üçün mübarizələrini davam etdirəcəklərini bəyan edib.

Həbsxana
Həbsxana

NİDA Vətəndaş Hərəkatının fəalı İlkin Rüstəmzadə 6 illik həbs həyatından sonra azadlıqda ilk sözü demokratiya və insan azadlıqları uğrunda mübarizə olduğunu bildirib. Bu sözləri “heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov da təkrarlayıb.

Keçmiş səhiyyə naziri Əli İnsanovun 14 illik həbsdən sonra azadlıqda ilk sözü demokratik qərbə minnətdarlıq olub.

Demokratik qərb və mənim minntədarlıqla yad etdiyim və adını çəkdiyim böyük ABŞ rəhbərliyi və konqresi, Avropa mənim həbsxanadan çıxmağım üçün ayaqlarımdakı qandalları açdı. Mən çox istərdim ki, Azərbaycan xalqı mənim qolumdakı qandalları açsın və onu bu avtoritar rejimin zülmündən xilas etmək üçün mübraizəmi axıradək çatdırım.
Əli İnsanov, keçmiş nazir

“Mən iqtidarın konslagerlərindən birini tərk etdim. Mənim azadlığa çıxmağımın əsas səbəbkarı demokratik Qərbin və ABŞ-ın rəhbərliyinin, konqresinin, Avropa Birliyinin və Avropa Şurasının təşəbbüsüdür. Məni İlham Əliyevin azad etmək fikri yox idi. Belə qənaətə gəlmişdim ki, ömrümün sonunadək həbsdə qalacam. Ancaq İlham Əliyevi məcbur etdilər ki, məni azadlığa buraxsın. Ancaq mən özümü azadlıqda hiss edə bilmədim. Faktiki olaraq kiçik bir həbsxanadan böyük həbsxanaya köçürdülər. Çünki Azərbayan elə böyük bir həbsxanadır. İndi Prezident Aparataının mirzələri humanizmdən danışacaqlar ki, böyük humanistlik göstərib məni azadlığa buraxıblar. Hansı humanistlikdən danışmaq olar ki, bu məmləkətdə polis serjantının gördüyü işi prezident görür. Vaxtı ilə kimi isə həbs etmək istəyəndə onun cibinə narkotik atırdılar. İndi bunu ya edir, ya elətdirir, prezident edir.

Əli İnsanov
Əli İnsanov

Hansı humanizmdən danışmaq olar.”

İnsanov ABŞ rəhbərliyinə və demokratik qərbə minnətdarlıq edib.

“Demokratik Qərb və mənim minnətdarlıqla yad etdiyim və adını çəkdiyim böyük ABŞ rəhbərliyi və konqresi, Avropa mənim həbsxanadan çıxmağım üçün ayaqlarımdakı qandalları açdı. Mən çox istərdim ki, Azərbaycan xalqı mənim qolumdakı qandalları açsın və onu bu avtoritar rejimin zülmündən xilas etmək üçün mübarizəmi axıradək çatdırım.”

O, siyasi mübarizəsini davam etdirəcəyini bəyan edib.

“Mən siyasətdən aralanmamışam.”

Keçmiş nazir ölkədən heç yerə getmək fikrinin olmadığını deyib. O, 14 illik həbs müddətində həyat yoldaşı və qızı ilə bir dəfə belə telefonla danışmayıb və görüşməyib.

“Mənim ailəm və uşaqlarım ölkədən heç yerə çıxmayıb və çıxmayacaq. Həbsxananın qaydaları var. Burada bir az oğruların qaydalarına riayət etməlisən. Burada onlara yol verilmir. Mən nə nəvələrimlə, nə ailəmlə görüşməmişəm. Ancaq mənim yanıma bir neçə nəfər kişilər gəlib-gedib.”

İnsanov Azərbaycanı “uçurumdan” xilas edən siyasi qüvvələrlə birgə olacağını bildirib.

“Azərbyacan uçurumun dibindədir. Onu bu uçurumdan xilas edə biləcək istənilən qüvvəyə dəstək verməyə hazıram. Ancaq hər şey allahın əlindədir. Məlum deyil, mənmi onlara qoşulacam, yoxsa onlarmı mənə qoşulacaq,” o qeyd edib.

Azərbaycanda demokratiya tam bərpa olunanadək, mən, Rüfət Səfərov olaraq öz mübarizəmin arxasındayam.
Rüfət Səfərov, keçmiş müstəntiq

Keçmiş müstəntiq Rüfət Səfərov deyib ki, ədalətsiz olaraq həbsə məhkum edilmiş şəxslərin azadlığı uğrunda çalışacaq.

“Bu həbs həyatı mənim əqidəmdə, prinsiplərimdə heç bir dəyişikliyə səbəb olmadı. Bu fikrin altını cızaraq söyləyirəm. Həbsimə qədər hansı prinsip və ənənə daşıyıcısıydımsa, bundan sonra da həmin prinsiplərə sadiqəm. Güman edirəm ki, Azərbaycanda demokratiya tam bərpa olunanadək, mən, Rüfət Səfərov olaraq öz mübarizəmin arxasındayam” , o qeyd edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, azadlıq mübarizəni davam etdirmək üçün bir şansdır.

“Biz mübarizəmizi davam etdirməyə gəlmişik. Bu ölkədə siyasi məhbus məsələsinə nöqtə qoyulandan sonra gerçək azadlığımızı qeyd edəcəyik."

O, hazırda müxalifətin siyasi deyil, şərə qarşı mübarizə apardığını bildirib.

Faciə onda olardı ki, ölkədə siyasi məhbuslar olmazdı. Avtoritar hakimiyyət cəmiyyətə barmaq silkələyərdi, onun qarşısına kmilərsə çıxmazdı. Biz xalq olaraq geri çəkilmədik.
Fuad Qəhrəmanlı, AXCP sədrinin müavini

“Bizim müqəddəs dinimizdə də allah neytrallıq qoymur. Deyir ya allahın firqəsisən, ya şeytanın firqəsisən. Bu gün cəmiyyətimizdə də bu məsələ açıq qoyulub. Ya haqqın tərəfindəsən, ya şeytanın tərəfindəsən. Bu gün biz şərə qarşı haqq mübarizəsi aparırıq. Onların apardığı yalan təbliğat iflasa uğrayıb. Xalq haqqı yaxşı bilir və haqqın tərəfindədir. Hakimiyyət indiyədək olmadığı gücsüz bir vəziyyətdədir. Nə repressiya, nə təbliğat onlar üçün effekt verir. Artıq cəmiyyətə təsir göstərmək iqtidarında deyillər. Çünki mənəvi baxımdan tam tükəniblər, xalqın nəzərində tam ifşa olunublar. Onların artıq deyəcəyi söz yoxdur. Deyəcəyi söz demokratik qüvvələrindir, Azərbaycan xalqınındır. Biz qalib gələcəyik. Bizim həbsxanalarda çəkdiyimiz əziyyətlər, möhnətlər bizim mübarizəmizə xidmət edib. Faciə onda olardı ki, ölkədə siyasi məhbuslar olmazdı. Avtoritar hakimiyyət cəmiyyətə barmaq silkələyərdi, onun qarşısına kimlərsə çıxmazdı. Faciə onda olardı. Bu, bizim xalq olaraq gücümüzdür ki, bunların bu qədər özbaşınalığı, zorakılığı qarşısında biz xalq olaraq geri çəkilmədik.

Əli Kərimli və Fuad Qəhrəmanlı
Əli Kərimli və Fuad Qəhrəmanlı

Hər cür möhnətə, qurbana hazır olduğumuzu göstərdik,” o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı deyib ki, siyasi fəaliyyətini davam etdirəcək.

“Həm də həbsxanadakı qadın məhbusların sayının azaldılması ilə bağlı işlərə başlayacam. Həbsim siyasi sifarişdir. Mən heç bir cinayət törətməmişəm. Heç bir əsas olmadan mənim həyatımın iki ili həbsxanada keçib."

AXCP sədri Əli Kərimli deyib ki, Azərbaycan cəmiyyəti sınaqdan uğurla çıxıb.

Ağır repressiyalardan şərəflə çıxan millət əlbəttə demokratiyaya haqq edir.
Əli Kərimli, AXCP sədri

“İlham Əliyevin hakimiyyəti tərəfindən Azərbaycan cəmiyyəti sınağa çəkildi, susdurulmasına cəhd olundu, cəmiyyətin tam olaraq ram edilməsinə cəhd olundu, müxalifəti, vətəndaş cəmiyyətini, azad mətbuatı məhv etməyə çalışdı. 2014-2015-ci lllər repressiyaları bütövlükdə ona yönəlmişdi. Amma bacarmadılar. Tibbdə necə deyirlər? Deyirlər öldürməyən xəstəliklər, əgər ona qalib gələ bilrisənsə, orqanizmi möhkəmləndirir. İndi Azərbaycan cəmiyyətini məhv edə bilmədilər, amma o sıxma-boğmalar bizim cəmiyyəti möhkəmləndirdi. Biz cəmiyyət olaraq demokratiyanı tam haqq edirik. İlham Əliyev və ətrafı uzun müddət təlqin edirdi ki, Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil. Bu ağır repressiyadan şərəflə çıxan millət əlbəttə demokratiyanı haqq edir,” Kərimli qeyd edib.

Əfvlə azadlığa çıxan siyasi məhbus kimi tanınan şəxslərin hamısı müstəqil mediaya, yerli və beynəlxalq ictimaiyyətə minnətdarlıq bildirib.

XS
SM
MD
LG