Accessibility links

Siyasi Məhbuslar Monitorinq Mərkəzi: Azərbaycan həbsxanalarında vəziyyət acınacaqlıdır


"Bir çox Azərbaycan həbsxanaları həddindən artıq doludur, əksəriyyəti müasir standartlara uyğun deyil, yeməyi pis verirlər, qanunla müəyyən edilmiş hər şey üçün isə pul ödəmək lazımdır. Məhbuslara qarşı ingəncələr aktual problem olaraq qalır".

Bu barədə Siyasi Məhbuslar Monitorinq Mərkəzi hüquq-müdafiə təşkilatının Azərbaycanda saxlanma yerlərində məhbusların hüquqları haqqında hesabatında deyilir.

"Son illər Azərbaycanda məhbusların sayının azalmasına baxmayaraq, statistik göstəricilər vəziyyətin keyfiyyət dəyişikliyini əks etdirmir" - deyə, Siyasi Məhbuslar Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Hesabatda bildirilir ki, demək olar ki, bütün cəzaçəkmə müəssisələri 20-ci əsrin ortalarında, bəziləri isə hətta Stalin dövründə tikilib. Bu müəssisələr Avropa penitensiar standartlarına uyğun deyil.

Cəzaçəkmə müəssisələri məhbuslarla həddindən artıq doludur. İkimərtəbəli baraklarda 350-500 və daha çox insan saxlanılır. Baraklarda yataq otaqları basketbol meydanı ölçüsündədir.

İkiyaruslu çarpayılar 8-10 cərgədə yerləşdirilib. Hər otaqda 40-80 nəfər saxlanılır. Cəzaçəkmə müəssisələrində kifayət qədər tualet və duş otağı yoxdur.

Çox vaxt infeksion və virus xəstəlikləri olan xəstələri, xüsusən hepatit C, vərəm, QİÇS xəstələrini, COVİD-19-a yoluxanları digər məhbuslardan təcrid etmirlər.

Tibbi xidmətin keyfiyyəti aşağı olduğuna görə məhbuslar arasında ölüm halları çoxdur, intihar və intihara cəhd halları var.

Hesabatda məhbuslara qarşı işgəncələrin tətbiqi təcrübəsinə toxunulur, bunun da cəzasız qaldığı qeyd edilir.

Siyasi məhbuslara qarşı xüsusilə qərəzli münasibət var. Belə ki, Qobustan həbsxanasında “Müsəlman Birliyi” Hərəkatının liderləri Taleh Bağırzadə, Abbas Hüseynov, Cabbar Cabbarov işgəncələrə məruz qalıb.

İslam Partiyasının lideri Mövsüm Səmədov əsassız olaraq karserə salınıb.

Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimin cəza müddətinin bitməsinə az vaxt qalmış üzərinə bıçaq atılıb və həbs cəzası uzadılıb, araşdırmada qeyd edilir.

Həsənov hesab edir ki, beynəlxalq ictimaiyyət həbsxanalardakı vəziyyətə diqqəti artırmalıdır və vəziyyətin yaxşılaşdırılması üçün hökumətə təsir göstərməlidir. “Avropa Şurasının son hesabatı bir sıra problemləri əks etdirir. Amma o, yumşaq, diplomatik şəkildə yazılıb, əslində isə vəziyyət daha acınacaqlıdır” - deyə, Həsənov bildirib.

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrində məhbusların bir qayda olaraq qanunvericiliyə uyğun və daxili intizam qaydalar əsasında saxlanıldığını bildirir. Penitensiar Xidmət həmçinin cəzaçəkmə müəssisələrində insanların işgəncələrə və pis rəftara məruz qalması ilə bağlı yayılan məlumatları təkzib edir.

Azərbaycan Avropada bu göstərici üzrə lider ölkələr arasındadır, deyə Avropa Şurasının aprelin 8-də dərc edilmiş cinayət statistikasında bildirilir. 2019-cu ildə Azərbaycan penitensiar müəssisələrində 93 nəfər ölüb (2 intihar). Ölüm səviyyəsi 2019-cu ildə hər 10 000 məhbusa 44,3 hadisə təşkil edib, bu da orta Avropa göstəricisində xeyli yüksəkdir.

2019-cu ildə Avropa İttifaqı ölkələri üzrə bir məhbusa bir gündə xərclənən məbləğ 64,4 avro təşkil edib. Azərbaycanda 2019-cu ildə həbsxana administrasiyasının ümumi büdcəsi 55 091 752 avro təşkil edib. Hər bir məhbusa bir gündə xərclənən orta məbləğ 7,9 avro təşkil edib.

Siyasi Məhbuslar Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən təsis edilib.

Şərhlərə bax (1)

Bu forum qapanıb

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG