Accessibility links

Azərbaycan prezidenti ABŞ Dövlət katibinin köməkçisinin müavini ilə görüşüb


İlham Əliyev və Robin Danniqan
İlham Əliyev və Robin Danniqan

Prezident İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanla görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, İlham Əliyev ABŞ prezidenti Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə təşəkkürünü çatdırmağı xahiş edib.

“ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır”, Əliyev qeyd edib.

Dövlət başçısı ABŞ-ın Azərbaycanın enerji layihələrini davamlı dəstəklədiyini bildirib

“Cənub Qaz Dəhlizi” layihəsini də ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləyib və bugünkü sərgiyə ABŞ prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər sdə bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. Biz bunu yüksək qiymətləndiririk”.

Əliyev hesab edir ki, Donald Trampın məktubunda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərinin daha bir göstəricisidir.

“Cənub Qaz Dəhlizi” kimi tarixi layihənin, eləcə də Azərbaycanda bütün enerji layihələrinin həyata keçirildiyi bir dövrdə bu, çox önəmlidir və Robin Danniqanın Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin perspektivləri, eləcə də “Cənub Qaz Dəhlizi”, enerji sahəsində və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Azərbaycan neft və qaz sənayesinin inkişafında yeni səhifə açır, bütün lazımi infrastruktur, boru kəmərləri, peşəkar heyətlər hazırdır. Beləliklə, qarşımızda heç bir maneə yoxdur və çox yaxşı haldır ki, biz ABŞ-ın yeni administrasiyası ilə həm enerji sahəsində, həm də Prezident Trampın məktubda dediyi kimi, bir çox digər sahələrdə də yaxşı əməkdaşlığı davam etdiririk”, Əliyev bildirib.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan həm enerji sahəsində əməkdaşlığa, həm də Azərbaycanın regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə verdiyi şəxsi dəstəyə görə Azərbaycan prezidentinə minnətdarlıq bldirib.

“Siz qeyd etdiniz ki, ABŞ prezidenti Donald Trampın ünvanladığı məktub ABŞ prezidentinin rəhbərliyi ilə yeni administrasiyanın dəstəyinin davam etdirilməsinin göstəricisidir. Tamamilə haqlısınız. Həm bu məktubda, həm də dövlət katibi Reks Tillersonun “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısına ünvanladığı məktubda səslənən fikirlər, eləcə də mənim bu sərgidə iştirakım bizim təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığımızın davam etdirilməsinə, “Cənub Qaz Dəhlizinin” reallaşması istiqamətində birgə işimizə sadiqliyimizin çox aydın göstəricisidir”, o qeyd edib.

XS
SM
MD
LG