Accessibility links

Gürcüstan prezidenti: İnsanın yoxa çıxması suverenliyimiz üçün ciddi təhlükədir


Gürcüstan prezidenti Georgi Marqvelaşvili
Gürcüstan prezidenti Georgi Marqvelaşvili

"Bir insanın yoxa çıxması dövlətçiliyimiz və suverenliyimiz üçün ciddi təhlükədir", bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması və Gürcüstandan çıxarılması faktını jurnalistlərə şərh edərkən deyib.

Dövlət öz nüfuzunu qorumalıdır. "Bu iş üzrə vəkilin bəyanatı bir neçə səbəbdən çox ağırdır. İlk növbədə, biz jurnalistlərin və insan hüquqlarının müdafiəsi məsələlərində Gürcüstanın regionun lideri olmasından qürur duyuruq. Bu, dövlətçiliyimizin və suverenliyimizin mühüm parçasıdır", prezident qeyd edib.

Prezident söz verib ki, bu məsələ ətraflı araşdırılacaq və təhlil ediləcək, xəbəri Tbilisinin IPN agentliyi yayıb.

XS
SM
MD
LG