Accessibility links

AXCP sədri prokurorluqda 3 saatdan çox dindirilib [Video]


AXCP sədri prokurorluqda 3 saatdan çox dindirilib
please wait

No media source currently available

0:00 0:03:29 0:00

Əli Kərimli müavini Gözəl Bayramlıya qarşı qaldırlmış cinayət işi üzrə ifadə verib

Iyunun 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 3 saatdan çox dindirilib.

Dindirmə AXCP sədrinin müavini Gözəl Bayramlının işi üzrə olub. Bu barədə Amerikanın Səsinə Əli Kərimlinin özü bildirib.

O, cinayət işini "absurd, saxta, uydurma" adlandırıb. Ə.Kərimli deyib ki, G.Bayramlı şərlənərək həbs olunub.

“Gözəl Bayarmlının həbs olunacağı barədə anons mayın 4-də verilib. Məlum yazar, məlum saytında onun həbs olunacağını həbsindən 20 gün qabaq artıq anons etmişdi. Gözəl xanıma qarşı bu cinayət işi quraşdırılıb, özü də cinayət işini çox kobud şəkildə quraşdırıblar. Onun çantasına pullar birmənalı şəkildə qoyulub”.

Kərimlinin fikrincə, Gözəl Bayramlının sərhəddən pul keçirməsi belə kriminal deyil.

“Hətta, təsəvvür etsək ki, o pul Gözəl xanımın idi. Pulu sərhəddən keçirmək kriminal deyil. Həm də onlar iki nəfər idi, pul olsa idi bölərdilər, gömrük bəyannaməsinə də ehtiyac yaranmazdı. Amma Gözəl xanımı sərhəd-keçid məntəqəsində saxlayıblar, gömrük-nəzarət məntəqəsinə keçməsinə imkan verməyiblər. Gözləyərdilər, bəlkə Gözəl xanım gömrük bəyannaməsi dolduracaqdı”, istehza ilə bildirib.

G.Bayramlıya qarşı irəli sürülən cinayət az ağır cinayətlərə aid olsa da, cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılır ki, bu da G.Bayramlıya qarşı qərəzin olmasından xəbər verir.

"Rejim bu cür cinayət işləri ilə öz hakimiyyətinin ömrünü uzatmaq istəyir. Ancaq onlar başa düşmürlər ki, cəmiyyət 2-3 adamdan ibarət deyil və xalqa qalib gəlmək mümkün deyil", Ə.Kərimli vurğulayıb.

G.Bayramlı mayın 25-də Gürcüstandan gələrkən saxlanılıb. O, qaçaqmalçılıqda ittiham olunub. G.Bayramlı gömrük bəyannaməsi təqdim etmədən 12 min dollar gətirməkdə ittiham edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG