Accessibility links

Təkbaşına aksiya keçirən fəal həbs edilib (Yenilənib)


Füzuli Hüseynov
Füzuli Hüseynov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov Səbael rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbsə məhkum edilib. O polisin qanunu tələbinə tabe olmamaqda ittiham edilir. Bu barədə məhkəmədən çıxarkən Füzuli Hüseynovun özü jurnalistlərə bildirib.

***

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseymnov iyulun 9-da Bakının Səbael rayonu ərazisində saxlanılıb. Hazırda onu Səbael rayon Məhkəməsinə gətiriblər. Bu barədə Amerikanın Səsinə AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn bildirib

Füzulu Hüseynov təkbaşına aksiyaçı kimi tanınır.

Füzuli Hüseynov
Füzuli Hüseynov

Hüseyn deyib ki, o dünən “vicdan məhbusu” kimi tanınan Qiyas İbrahimova həbsxanada işgəncə verilməsinə etiraz olaraq aksiya keçirmək üçün evindən çıxarkən saxlanılıb. Hüseynovun nədə günahlandırıldığı barədə hələ rəsmi məlumat verilməyib.

Füzuli Hüseynov bundan öncə iyunun 19-da Bakıda metronun “28 May” stansiyası qarşısında "Siyasi məhbuslara azalıq!" şüarı qaldırararq təkbaşına aksiya keçirib. O polisə tabe olmamaq ittihamı ilə 200 manat cərimə edilib. Qərarı iynun 20-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahov qəbul edib.

Maraqlıdır ki, bu, Hüseynovun eyni yerdə və eyni şüarla may ayında da təkbaşına aksiya keşirib.

XS
SM
MD
LG