Accessibility links

İlham Əliyev Arizona ştatının Nümayəndələr Palatasının sədri ilə görüşüb


İlham Əliyev və Cavan Mesnard
İlham Əliyev və Cavan Mesnard

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

C. Mesnard Arizona ştatının qanunvericilərinin əksəriyyətinin Azərbaycan haqqında çox eşitdiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-dan Azərbaycana daha çox səfərlərin həyata keçirilməsi, insanlar arasında təmasların genişləndirilməsi və xalqların bir-birini daha yaxından tanıması baxımından önəmlidir və bu, həm də əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edir.

Əliyev Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin və eləcə də ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG