Accessibility links

Əli Kərimli: Sosial sifariş aldığımız zaman kütləvi aksiyalar barədə qərarlar verəcəyik [Video]


Əli Kərimli: Sosial sifariş aldığımız zaman kütləvi aksiyalar barədə qərarlar verəcəyik
please wait

No media source currently available

0:00 0:01:37 0:00

Əli Kərimli: Sosial sifariş aldığımız zaman kütləvi aksiyalar barədə qərarlar verəcəyik

AXCP sədri Mehman Əliyevin həbsinə münasibət bildirib

“Mehman Əliyevin həbsinə təkcə azad mətbuatın problemi kimi baxılmamalıdır. Buna ölkənin taleyi kimi baxmaq lazımdır. Ölkədə müstəqil söz deyə bilən insanlar şərlənərək susdurulur”. Bu barədə AXCP sədri Əli Kərimli Turan İnformasiya Agentiyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Yasamal rayon Məhkəməsinin qərarına münasibət bildirərkən bildirib.

Onun fikrincə, Mehman Əliyev müxalifətçi olmayıb, hökumət haqqında həddindən artıq korrekt danışıb.

“İnformasiya agentliyinin fəaliyyəti də peşəkar idi, balanslı idi. Amma müstəqil olduğuna görə onu özlərinə rəqib bilib sırdan çıxardılar. Deməli bu ölkədə müstəqil səslərin eşidilməsini, haqq sözünün deyilməsini istəmirlər. İstədiklərini də o halda edə bilərlər ki, vətəndaşlarımızın böyük çoxluğu baş verənlərə biganə olsun”, Kərimli qeyd edib.

AXCP sədrinin dediyinə görə, Xalq Cəbhəsi, Milli Şura repressiyaların tüğyan etməsinə baxmayaraq mübarizəmizi bundan daha artıq davam etdirəcək.

“Həlledici mərhələdə xalqımızdan sosial sifariş aldığımız zaman kütləvi aksiyalar barədə də qərarlar verəcəyik. Vətəndaşlarımız da mühasirə vəziyyətində olan, bütün resurslardan məhrum edilmiş müxalifətin, mətbuatın, vətəndaş cəmiyyətinin azsaylı nümayəndələrini nəhəng repressiv aparat ilə baş-başa buraxmalı deyillər. Bu ölkə hamımızındır. Hamı əlini daşın altına qoymalıdır. Yoxsa bu ölkəni ciddi şəkildə Türkmənistan, Şimali Koreya standartlarına gətirib çıxarmaq istəyirlər. Biz hamımız səfərbər olmalıyıq və bu prosesə yox deməliyik”, Kərimli qeyd edib.

XS
SM
MD
LG