“Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların ölkəyə qaytarılması üzərində iş aparılır”.
Bu barədə APA agentliyinə Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.
R. Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə də görüş keçirilib: “Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, 2 yaşlı Xədicə və 3 yaşlı Abdulla Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər. Rusiya mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqlar özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir.