Accessibility links

Avropa Şurası LGBT nümayəndələrinin təqibindən narahatdır


LGBT in Azerbaijan
LGBT in Azerbaijan

Avropa Şurası (AŞ) Azərbaycanda LGBT nümayəndələrinin polis tərəfindən təqib olunmasından narahatdır. Bu barədə AŞ baş katibinin rəsmi mümayəndəsi Daniel Oltgenin oktyabrın 1-də yaydığı bəyanatda deyilir.

"Biz Azərbaycanda polisin LGBT nümayəndələri ilə amansız rəftarı barədə məlumatlardan çox narahatıq. Seksual və digər azlıqlara qarşı diskriminasiya Avropa İnsan Hüquqları Konvensiyasına ziddir. Konvensiyaya uyğun olaraq LGBT də digərləri kimi eyni hüquqlara malikdir. Azərbaycan həmin şəxslərin hüquqlarını təmin etməli, amansız davranış haqda məlumatları araşdırmalıdır. Biz hadisələrin inkişafını diqqətlə izləyirik", bəyanatda qeyd olunur.

Yerli hüquq müdafiəçilərinin və LGBT nümayəndələri məlumatlarına görə, sentyabrın ortalarında polis reydləri zamanı 100-ə yaxın homoseksual və transgender saxlanılıb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, saxlanma fahişəliyə qarşı mübarizə çərçivəsində həyata keçirilib və heç bir zorakılıq hərəkətinə yol verilməyib.

Ancaq vətəndaş cəmiyyəti fəalları və LGBT nümayəndələri bildiriblər ki saxlanılanlar təhqirlərə, fiziki zorakılığa məruz qalıblar. Onlardan tanıdıqları digər seksual azlıqlar haqda zorla məlumat alıblar və onları da polis orqanlarına aparıblar.

Saxlanılanların bir hissəsi cərimə ödədikdən sonra buraxılıb.

Ancaq 61 nəfər polisə tabe olmamaq ittihamı ilə 10 sutkadan 30 sutkayadək inzibati həbs cəzası alıb. Onlar məhkəmələrdə vəkilsiz olublar.

Hazırda beş vəkil və iki hüquq müdafiəçisindən ibarət qrup onların hüquqlarını müdafiə edir. Həbs barədə qərardan şikayət verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG