Accessibility links

Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb [Audio-Müsahibə]


Aslan İsmayılov
Aslan İsmayılov

Vəkil xuliqanlıqda günahlandırılır

Binəqədi Rayon Polis İdarəsində vəkil Aslan İsmayılova qarşı Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb. Bu barədə İsmayılova Polis İdarəsinin müstəntiqi İlqar Həmidov məlumat verib.

Vəkil Aslan İsmayılovla müsahibə
please wait

No media source currently available

0:00 0:03:15 0:00

İsmayılov Amerikanın Səsinə müsahibəsində bildirib ki, cinayət işi Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında başlanıb.

İsmayılov bu gün polis idarəsində dindiriləcəyini deyib. Hüquqşünas baş verənləri özünə qarşı təxribat kimi qiymətləndirib.

“Facebook səhifəmin lazmsızlığı ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdilər. Mən isə tənqidi mövqeyimdən geri çəkilməyəcəyini bildirmişəm,” o qeyd edib.

Onun fikrincə, hakimin şikayət etməsi tamamilə qanunsuzdur.

“Məni Hafiz Hacıyev (keçmiş prezidentliyə namizəd-red) mediada təhqir etmişdi. Məhkəməyə müraciət etdim. Nərimanov Rayon Məhkəməsi işə 7 dəfə baxdıqdan sonra Binəqədi rayon Məhkəməsinə göndərdi. Binəqədi rayon Məhkəməsində iclas olan günü mən məhkəmə zalında olmuşam. Məhkəmənin katibi iclasın tezliklə başlayacağını bildirib. Mən məhkəmə zalında yarım saat gözlədikdən sonra deyiblər ki, qərar elan edilib. Etiraz etmişəm. Demişəm ki, hakim qərarı zalda mənə elan etməlidir. Bu əslində hakimin qanunsuzluğa yol verməsidir,” o qeyd edib .

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG