Accessibility links

Arif Hacılı: Yürüşə icazə verilməməsi qanunsuzdur (Audio-müsahibə)


Arif Hacılı

Bakı meriyası Müsavat Patiyasının yürüşünə icazə verməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 21-nə təyin etdiyi yürüş-mitinqin keçirilməsinə razılıq verməyib.

Bakı meriyası Müsavat Partiyasına oktyabrın 21-də keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.

Meriya yürüşə razılıq verməmək haqqında qərarını nəqliyyatın hərəkəti və insanların sıxlığı ilə əsaslandırıb.

Masavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Bakı meriyasının cavabını qanusuz saydığını bildirib.

“BŞİH-nin kütləvi aksiyanı qadağan etmək səlahiyyəti yoxdur. Bu qərar həm də əsassızdır. Bakı şəhərində nəqliyyat vasitəsinin artmasını əsas gətirərək kütləvi aksiyaya qadağa qoyulması absurddur. Buna yalnız bir yumor kimi yanaşmaq lazımdır”, o qeyd edib.

Partiya başqanı dövlət başçısı İlham Əliyevin bu yaxınlarda dediyi “Azərbaycanda sərbəst toplaşmaq azadlığı tam təmin olunur”, - fikrinə istinad edərək bildirib ki, sərbəst toplaşmaq azadlığının təmin olunması mitinqlərin, piketlərin, yürüşlərin, nümayişlərin keçirilməsinə icazə verilməsi deməkdir.

“Bu hüquq bir qapalı stadionda deyil ölkənin bütün ərazisində tanınmalıdır. Ancaq, bizim yürüşə icazə verməməklə Azərbaycan hakimiyyəti bir daha ölkədə sərbəst toplaşmaq azadlğının olmamasını təsdiq etdi”, o qeyd edib.

Partiya liderinin sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin cavabı hazırda Müsavat Partiyasında müzakirə olunur.

“Mövqeyimizi yaxın saatlarda açıqlayacağıq”, o qeyd edib.

Hacılı Müsavatın icazəsiz aksiya keçirməsi ehtimalı ilə bağlı sualın cavabında deyib ki, hazırda məsələ Müsavat Partiaysında müzakirə olunur.

“Ölkədəki ümumi siyasi şəraiti, öz resurslarımızı, cəmiyyətdə olan hazırki ab-havanı nəzərə alaraq qərar qəbul edəcəyik”, o qeyd edib.

XS
SM
MD
LG